Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikası Müdafiə Nazirliyi   

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

  

Müdafiə Nazirliyi Azərbaycan Respublikasının hərbi müdafiəsini və fəaliyyətini həyata keçirən rəsmi dövlət orqanıdır.
1918-ci ildə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının 26-da ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etmiş, silahlı qüvvələr yaranıb və Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Azərbaycan xalqına öz xidmətlərini göstərmişdir.
1920-ci ildə Azərbaycanın Milli Ordusu Sovetlər İttifaqının tərkibində olmuşdur.
SSRİ-nin tərkibində olan Azərbaycanın Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb. Oktyabr ayının 9-da isə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırılmışdır.
Azərbaycanın 1918-20-ci illərdə iki müdafiə naziri – Xosrov bəy Sultanov (mülki şəxs) və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov, ikinci müstəqilliyi dönəmində isə 8 müdafiə naziri olub.

Ünvan: Bakı, AZ1073, Az 1073, Parlament küç 3
Telefon: (99412) 4394189, 4393108
Faks: (99412) 4394189
E-mail: [email protected]




Oxunub: 91641