Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi   

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi

  

Sənaye və Energetika Nazirliyi sənaye və yanacaq-energetika kompleksinə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirliyin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 15 may 2006-ci il tarixli Fərmanı ilə təsdiq edilib.
Nazirliyin fəaliyyət istiqamətlərinə rəqabətə davamlı sənaye mallarının istehsalının həyata keçirilməsini, enerji resurslarından səmərəli istifadə olunmasını və bu sahədə dövlətin maraqlarının qorunmasını təmin etmək, müvafiq sahənin perspektiv istiqamətlərini müəyyənləşdirmək, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək daxildir.
Nazirlik ayrı-ayrı enerjidaşıyıcılarının istehsalının və istehlakının proqnoz göstəricilərini hazırlayır, digər icra hakimiyyəti orqanlarının müvafiq sahə üzrə fəaliyyətini, habelə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələrin müəssisələrarası fəaliyyətini əlaqələndirir.
Nazirlik sənaye və energetika sahəsində əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştrak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu sahədə görülən işləri əlaqələndirir.

Ünvan: Azərbaycan, Bakı, AZ1012, Zərdabi küç., 88,
Tel: (+994 12) 4987586, 5981675, 5980384,
Faks: (+994 12) 5981678
E-mail: [email protected]



Oxunub: 87915