Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi   

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

  


İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq əməkdaşlığı, o cümlədən makroiqtisadi, ticarət, investisiya qoyuluşu, sahibkarlığın inkişafı, inhisarçılığın məhdudlaşdırılması və rəqabətin inkişafı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayır, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulmasını həyata keçirir.
Habelə daxili ticarət, sahibkarlığın inkişafı və onun stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir, sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması kimi funksiyaları icra edir, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirir, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni və müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirir.
Nazirlik xarici ölkələrlə, beynəlxalq və regional maliyyə təşkilatları ilə iqtisadi əməkdaşlıq sahəsində dövlət siyasətini, habelə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirir.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov, 40 (Hökumət evi)
Tel.: (+99412) 4938867      
Faks: (+99412) 4925895



Oxunub: 633241