Baş səhifə
» DÖVLƏT QURUMLARI
» Nazirliklər
» Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Azərbaycan Respublikası Ədliyyə NazirliyiHüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, notariat fəaliyyətinə rəhbərlik edir, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, Azərbaycan Respublikası əhalisinin dövlət registrini həyata keçirir, dövlətlərarası övladlığa götürmə məsələləri və səlahiyyətləri çərçivəsində sənədlərin leqallaşdırılması üzrə zəruri tədbirlər görür. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, bölmələrinin fəaliyyətinin onların nizamnamələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənir. Bundan başqa, məhkəmə icraçılarına və müvafiq məhkəmə nəzarətçilərinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər görür, cəzaları icra edən müəssisə və orqanların fəaliyyətinə, cəzaların icrası və həbsdə saxlama zamanı normativ hüquqi aktların tələblərinə, o cümlədən cəzaların çəkilməsi şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirir. Ünvan : AZ 1073, İnşaatçılar pr., 1 Tel.: (99412) 4300116 Faks: (99412) 4300981 E-mail: [email protected]
|