Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi   

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

  

1918-ci il mayın 25-də Azərbaycan Milli Şurası müstəqillik haqqında Bəyannamə qəbul etdikdən sonra Müvəqqəti Hökumətin tərkibində Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılmışdır. Bəzi hökumətdaxili dəyişikliklərdən sonra oktyabrın 6-da Azərbaycan Respublikası Poçt və Teleqraf Nazirliyi yaradılmışdır.
1954-cü ildə Azərbaycan SSR-də Respublika Rabitə Nazirliyi yaradılmışdır.
2004-cü il fevralın 20-də Azərbaycan Respublikası Prezidentinin 94 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və informasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasında rabitə (telekommunikasiya, poçt) və informasiya texnologiyaları sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən, normativ huquqi tənzimlənməni, rabitənin və informasiya texnologiyalarının inkişafını təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik informasiyanın əmtəəyə çevrilməsini, informasiya bazarının formalaşdırılmasını təmin edən tədbirlər görür, rabitə vasitələrinin və xidmələrinin, informasiya texnologiyalarının inkişafının proqnozları əsasında rabitə və informasiya texnologilarının inkişaf konsepsiyalarını hazırlayır və həyata keçirilməsini təşkil edir. Bundan başqa, Azarbaycan Respublikasının bütün ərazisində keyfiyyətli və etibarlı rabitə xidmətləri göstərilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür, rabitə və informasiya texnologiya sahəsinin inkişafı məqsədi ilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki siyasəti işləyib hazırlayır və həyata keçirir, yeni texnologiyaların tətbiq edilməsi, rabitə və informasiya xidmətlərinin göstərilməsi üçün müxtəlif təyinatlı sistemlərin yaradılması, bu sahədə yeni növ xidmətlərin göstərilməsi işlərinin təşkili və koordinasiyasını həyata keçirir.
Habelə radiotezliklər spektrinin istifadəsi, yerüstü peyk rabitə avadanlıqlarının istismarı və fəaliyyəti üzərində dövlət nəzarətini təmin edir, dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin rabitə və informasiya texnologiyaları xidmətlərinə olan təlabatlarının ödənilməsi üçün zəruri olan tədbirləri hazırlayıb həyata keçirilməsində iştirak edir.
Azərbaycanda rabitənin tarixi çox qədimdir. Dövlət səviyyəsində poçtun əsası Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən 1501-ci ildə qoyulmuşdur.

Ünvan: Bakı ş. Zərifə Əliyeva küç.33, 
Tel: (+99412) 498 58 38; 
Faks: (+99412) 498 79 12 



Oxunub: 125152