Baş səhifə
» SƏHİYYƏ
» Həkimlər
» Əbdülxaliq Axundov
Əbdülxaliq AxundovAzərbaycanın ilk tibb elmləri doktoru, yazıçı, publisist, ictimai xadimdir. 1888-də Almaniyanın Erlangen şəhərindəki Fridrix Aleksandr adına Universitetin tibb fakültəsini bitirib. Burada göz bəbəyinin klinik tədqiqi mövzusunda yazdığı əsərə görə tibb doktoru alimlik dərəcəsi alıb (əsər həmin şəhərdə 1890-da kitab kimi nəşr edilib). Bakıya dönərək burada ilk göz xəstəlikləri məntəqəsi açıb. X əsrin əttarı Əbu Mənsur Müvəffəq bin Əli əl-Hərəvinin 466 bitki və 44 heyvan mənşəli dərmanın hazırlanmasına dair əsərini klassik ərəbcədən almancaya çevirərək ona geniş şərh yazmış və 1892-də Derpt (indiki Estoniyanın indiki Tartu şəhəri) Universitetinə təqdim edib, tibb elmləri doktoru dərəcəsi almışdır. XIX əsrin sonlarında Bakıda iki aptek açıb. O, həm də həkim Məhəmmədrza Vəkilovla birgə Azərbaycanda ilk ruhi xəstəliklər müalicəxanasının yaradıcılarından biridir. 24 aprel 1892-ci ildə açılan bu xəstəxanada 1903-cü ilədək işləyib.
|