Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Kərim Bəy Mirzə Mehmandarov   

Kərim Bəy Mirzə Mehmandarov

  

1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirmiş, Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdur. 1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdi.
1873-cü ildə Azərbaycana dönmüş, Yelizavetpol quberniyasının Cavanşir qəzasında həkim kimi çalışmışdır. Sonra Şuşa şəhərinə dəyişilmişdi. Şəhərdə çalışarkən ictimai işlərdə də fəal iştirak etmişdir. Kərim bəy "Difai" partiyasının Şuşa komitəsinin sədri olmuşdu. O, 1929-cu ildə vəfat edib.
Kərim bəy Mehmandarov çar hökumətinin bir çox ödüllərini almışdı. 1880-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav", 1897-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1911-ci ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdi.



Oxunub: 253590