Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Qəzənfər Musabəyov   

Qəzənfər Musabəyov

  

Bakıda gimnaziyanı bitirdikdən sonra, Kiyev Tibb Universitetində təhsil almışdır. Q. Musabəyov 1917-ci ildə universiteti bitirdikdən sonra Quba Qəzasında həkim işləmişdir. Qubada İcraiyyə Komitəsinin sədri, Bakıda və Dağıstanda məhsul tədarükü komissarı olmuşdur. Həştərxanda RK (b) P müsəlman bölməsinin sədri, "Hümmət"  təşkilatının Həştərxandakı rəhbərlərindən olmuşdur. 1919-cu ildə Moskvaya getmiş, 1920-ci ildə XI ordu ilə Bakıya gəlmişdir. Azərbaycanın ilk xalq ərzaq komissarı və xalq təsərrüfatı şurası komissarı olmuşdur. 1922-ci ildə Azərbaycan SSR XKS sədri seçilmiş 1929-cu ilə kimi bu vəzifədə olmuşdur.
O, Azərbaycan MİK və ZSFSR MİK sədrlərindən biri, ZSFSR XKS sədri (1931-37), 1925-ci ildən SSRİ MİK sədrlərindən biri olmuşdur. Qəzənfər Musabəyov 1937-cı ildə Stalin repressiyasının qurbanı olmuş, 1938-ci ildə güllələnmişdir.



Oxunub: 301769