Baş səhifə
» SƏHİYYƏ
» Həkimlər
» Məmməd Ağa Vəkilov
Məmməd Ağa Vəkilov1901-ci ildə Bakı şəhər tibb cəmiyyəti iki həkimi (sahə həkimi) evdə xəstələri müalicə etmək üçün seçir. Həmin həkimlərdən biri M. Vəkilov idi. Beləliklə, əhaliyə ambulator yardım təşkil edilməsinin ilk banilərindən biri M. Vəkilov olur. Bir ilə yaxın sahə həkimi işləyən M. Vəkilov əhalinin nə qədər ambulator müalicəyə ehtiyacı olduğunun şahidi olur. Məhz buna görə o, Bakıdakı ilk poliklinika təşkil edir. M. Vəkilov bacarıqlı təşkilatçı Bakı şəhər tibb cəmiyyəti, şəhər duması qarşısında müalicəxanaların artırılması barədə dəfələrlə məsələ qaldırır və öz məqsədinə nail olur. Beləliklə, M. Vəkilov Bakı şəhərində 10 poliklinika açmışdır. Maraqlıdır ki, həmin poliklinikalar bu gün də fəaliyyət göstərir. Onlardan biri Bakı şəhər 2 nömrəli poliklinikasıdır ki, M. Vəkilov iyirmi il onun başçısı olub, sonra 1944-cü ilə qədər isə orada sahə həkimi işləmişdir.
|