Baş səhifə    » SƏHİYYƏ    » Həkimlər    » Əziz Əliyev   

Əziz Əliyev

  

1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunub. Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılması və bundan sonrakı çətin mərhələlərdə instituta rəhbərlik etmək böyük cəsarət tələb edirdi. Əziz Əliyev bu illərdə ADTİ-nin yaradılmasının təşkilati işlərinin yerinə yetirilməsində mühüm rol oynayan əsas simalardan biri olub və 1932-ci il iyunun 1-dən etibarən həmin institutun rektoru vəzifəsində çalışmağa razılıq verib. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanıb. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirib və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olub. Onun təşəbbüsü ilə İ.Berberinin "Boğaz, burun, qulaq xəstəlikləri", A.Qaltıçinin "Uşaq xəstəlikləri", V.Skvortsovun "Farmakologiya kursu", E.Freyzeldin "Histologiya" adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunub. 



Oxunub: 560283