Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Çaylar   

Çaylar

  

Azərbaycanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.    
Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:
1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.

Çay

Hara tökülür (hansı sahildən)

Uzunluğu,km

Su toplayıcı sahəsi, kv.km

Yüksəklik vəziyyəti, m

mənbə

mənsəb

1

Kür çayı

Xəzər dənizi

1515

188000

2740

-27

2

Qanıx(Alazan)

Mingəçevir su anbarı

413

16920

2560

75

3

Qabırrı(İori)

Mingəçevir su anbarı

389

4840

2560

51

4

Xrami

Kür çayı (sağ)

220

8340

2422

255

5

Ağstafaçay

Kür çayı (sağ)

133

2586

3000

210

6

Kürəkçay

Kür çayı (sağ)

126

2080

3100

18

7

Araz

Kür çayı (sağ)

1072

102000

2990

-11

8

Arpaçay

Araz (sol)

126

2630

2985

780

9

Həkəriçay

Araz (sol)

128

5540

3080

268

10

Samur

Xəzər dənizi

216

4430

3600

-27

11

Pirsaat

Xəzər dənizi

199

2280

2400

-11

12

Bolqarçay

Mahmudçala gölü

168

2170

1710

-17




Oxunub: 93485