Baş səhifə
» COĞRAFİYA
» Fiziki coğrafiya
» İqlim
İqlimXəzər dənizi iqlimə mülayimləşdirici təsir edir. Azərbaycan alimləri ölkəyə “günəşli Azərbaycan” sözünün boş yerə deyilmədiyini sübut etmişlər. Respublikada günəşli saatlarm miqdarı il ərzində 1800 - 2900 arasında dəyişir. Ən yüksək göstərici Naxçıvanın Arazboyu düzənliyində 2900 saat/ildir. Aran, Abşeron və Ceyrançöldə 2200-2400 saat/il təşkil edir. Buludluluq çox olan yerdə fəal temperatur azdır. Məsələn, Lənkəranda və Şollar düzündə 1800-2000 saat/ildir. Orta dağlıq zonada 2200 saat/il, Naxçıvanın dağlarında isə 2500 saat/ilə yaxındır. Azərbaycan əsasən dağlıq ölkə olduğu üçün temperatur şaquli istiqamətdə dəyişir. Aranda güclü istilər olan zaman dağ zirvələri qar ilə örtülü olur. Kür-Araz ovalığının orta illik temperaturu +14,5°C olduğu halda, zirvələrdə 0°-dən aşağıdır. Respublikada havanın ən aşağı temperaturu yüksək dağlarda -45°C müşahidə edilmişdir. Bu mütləq minimum hesab olunur. Araz çayı dərəsində - 32°C qeydə alınıb. Mütləq maksimum Culfa şəhərində +44°C-dir. Kürdəmirdə +43°C, dağətəyi zonada 37-40°C, Lənkəranda 35° +38°C olur. İllik temperatur amplitudu 50° və 60° -dən artıqdır. Sutkalıq amplituda Arazboyu düzənlikdə və Aranda 11°-13°C, Gəncə-Qazaxda 7°-8°C təşkil edir. Azərbaycan ərazisinə 8 müxtəlif xarakterli hava kütləsi daxil olur (4-ü əsasdır). 1) Kontinental Arktik hava kütləsi Kara və Barens dənizi üzərində formalaşır. Şimal Buzlu okeanından əsasən qışda gəlir, qar yağır. Böyük Qafqaza çatıb 2 yerə parçalanır və Azərbaycana şərqdən və qərbdan daxil olur. 2) Dəniz Arktik hava kütləsi Şpitspergen və Qrenlandiya adaları üzərində əmələ gəlir, ilboyu iki istiqamətdən daxil olur. Qışın sonu və yazın əvvəlində “quşbaşı” qar yağmasına səbəb olur. Bulud çoxalır, hava soyuyur, yağıntı artır. 3) Atlantik və ya mülayim dəniz havası. “Azor” maksimumundan başlayaraq bütün Avropa üzərindən keçib, Şimali Qafqaz və Qara dəniz üzərindən daxil olur. Temperatur aşağı düşür, güclü yağış yağır. Daha çox yazın sonu və yayın əvvəlində daxil olur. 4) Mülayim kontinental hava kütləsi. Rusiya düzənliyinin cənub-şərqində, Qazaxıstanın qərbi və qərbi Sibirin cənub-qərbində formalaşır. Azərbaycana qərbdən və şərqdən daxil olur. Qışda çox soyuq gətirir, yayda isə hiss olunmur. 5) Tropik hava kütləsi. Şimali Afrika və Ərəbistan yarımadasından başlayaraq İran ərazisindən, cənubdan daxil olur. Daha çox Kür-Araz ovalığında hiss olunur. Qışda temperaturu yüksəldir, yayda isə quru və isti gətirir. 6) Cənub siklonları. Aralıq dənizi, İranın şimal-qərbi, Kiçik Asiya üzərindən daxil olur. Yayda böyük yağıntı düşməsi ilə nəticələnir. 7) OrtaAsiya hava kütləsi. Xəzərin üzərindən keçir. İsti dövrdə temperaturu artırır, qışda isə azaldır. Aranda daha çox yağıntı qışda düşür. Cənub-şərqdən əsən küləklər Xəzərdən keçib Talış dağlari ilə toqquşaraq oroqrafik yağıntı yaradır. 8) Yerli hava dövranı Xəzər dənizi ilə quru üzərindəki təzyiq fərqindən əmələ gəlir. Azərbaycanda yaranan küləklər mənşə etibarı ilə iki yerə bölünür:
1) Kənardan daxil olanlar: - “Xəzri” şimal küləyidir. Ən güclü küləkdir - sürəti 35-40 m/san olur. İsti yayda sərinlik gətirir. Şimali-şərq və şimali-qərbdən də əsir; - “Gilavar” cənub küləyidir. Cənub-şərq və cənub-qərbdən əsə bilər. İsti küləkdir. Qışda mülayimləşdirici təsir göstərir. 2) Yerli şəraitdə yaranan küləklər: Xəzər sahilində briz, dağlıq ərazilərdə dağ-dərə küləkləri əsir. Fyon küləkləri qışda dağla düzənlik arasında yaranır. Aranda isti dövrdə “ağ və qara” yel, “Araz silyanı”, “boğanaq”, “afat”, “rəhmani” adlı küləklər əsir. Küləyə görə I yeri Abşeron, II yeri Qazax-Gəncə, III yeri Quba - Qusar tutur. Yağıntılar ən çox Talış dağlarının cənub-şərqinə düşür. Böyük və Kiçik Qafqazda yuxarı qalxdıqca yağıntı artır. İllik yağıntının miqdarına görə Böyük Qafqazın cənubu Lənkəran vilayətindən sonra II yeri tutur. İllik yağıntının miqdarına görə III yeri Kiçik Qafqaz tutur. 11 iqlim qurşağından 9-u Azərbaycanda müşahidə edilir. Bu iqlim tiplərini 4 qrupda birləşdirmək olar: a) Yarımsəhra və quru göl iqlimi Azərbaycanın 50%-dən çoxunu tutur. Aran, Samur-Dəvəçi, Arazboyu düzənliklərə aiddir. 1) Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi Kür-Araz ovalığını tutur. Buna quru subtropik də deyilir. 2) Qışı soyuq, yayı quraq, isti keçən yarımsəhra və quru çöl iqlimi Naxçıvanm Arazboyu düzənliyində və qismən alçaq dağlarında yaranmışdır. b) Mülayim-isti iqlim Azərbaycanm 30%-ni tutur. Böyük və Kiçik Qafqaz, Talış, Naxçıvanın alçaq və orta dağlıq hissələrində hakimlik edir. 3) Qışı quraq keçən mülayim-isti iqlim Kiçik Qafqazın dağətəyini, Acınohur, Qanıx-Əyriçay və Böyük Qafqazın cənub-şərqini əhatə edir. İyulun orta temperaturu +22°C, yağıntılar payızda, yazın axırında düşür. 4) Yayı quraq keçən mülayim-isti iqlim Lənkəran ovalığı, Kiçik Qafqazın cənub-şərq qurtaracağı və Böyük Qafqazın cənub-şərqində yayılmışdır. Yağıntı payızda daha çox düşür. 5) Yağıntıları il boyu bərabər paylanan mülayim - isti iqlim Talış dağlarının, Böyük Qafqazın cənub və şimali-şərqinin alçaq dağlıq və dağətəyi zonalarıın əhatə edir. İlboyu yağış yağır. c) Soyuq iqlim Azərbaycanın 20% -ni tutur. Böyük və Kiçik Qafqazın, eləcə də Naxçıvanın orta, qismən də yüksək dağlıq hissələri üçün hakimdir. 6) Yayı quraq keçən soyuq iqlim Naxçıvanda alçaq dağlıq zonadan başlamış, hündür dağlara qədər davam edir. 7) Qışı quraq keçən soyuq iqlim. Böyük Qafqazın şimal-şərq yamacı (Yan silsilə), Kiçik Qafqazın yüksək dağları üçün xarakterikdir. Orta dağlıq zonada iyulun orta temperaturu +15°, +20°C, yüksək dağlarda isə +10°; +15°C –dir. 8) Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim ancaq Böyük Qafqazın cənubunda müşahidə edilir. Yağıntı ən çox yaz və payızda düşür. 9) Dağlıq tundra iqlimi Böyuk və Kiçik Qafqaz, qismən Zəngəzür silsiləsində müşahidə olunur.
|