Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Fiziki coğrafi rayonlaşdırma   

Fiziki coğrafi rayonlaşdırma

  


Azərbaycanin fiziki-coğrafi rayonlaşdırılması
Respublikanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir.
Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Qrta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi viıayətə və 19 fiziki-coğrafi rayona bölünür.

Fiziki-coğrafi vilayətlər və rayonlar.

I. Böyük Qafqaz fiziki-coğrafi vilayəti.
1. Samur-Dəvəçi rayonu, 
2. Qonaqkənd rayonu, 
3. Zaqatala-Lahıc rayonıı, 
4. Dağlıq Şirvan (Şamaxı) rayonu, 
5. Qobustan-Abşeron rayonu
II. Kür çökəkliyi fiziki-coğrafi vilayəti.
1. Acınohur-Ceyrançöl rayonu, 
2. Alazan-Əyriçay rayonu, 
3. Qazax-Qarabağ rayonu, 
4. Küdrü-Şirvan rayonu, 
5. Arazboyu maili düzənliklər rayonu, 
6. Mərkəzi Aran rayonu
III. Kiçik Qafqaz fiziki-coğrafi vilayəti.
1. Gəncə dağları rayonu, 
2. Qarabağ dağları rayonu, 
3. Qarabağ vulkanik yaylası rayonu, 
4. Həkəri rayonu
IV. Lənkəran fiziki-coğrafi vilayəti.
1. Lənkəran rayonu, 
2. Talış dağları rayonu
V. Orta Araz (Naxçıvan) fiziki-coğrafı vilayəti.
1. Şərur-Ordubad rayonu, 
2. Naxçıvan dağları (Günnüt-Qapıcıq) rayonu

Böyük Qafqaz fiziki-coğrafi vilayəti
Böyük Qafqaz dağları respublıkanın şimal və şimal-şərq hissələrini əhatə edir. Vilayətin daxilində aşağıdakı fiziki-coğrafi rayonlar ayrılır.
Samur-Dəvəçi fiziki-coğrafi rayonu.
Böyük Qafqazın şimal-şərqində yerləşən fiziki-coğrafi rayon Samur-Dəvəçi ovalığına uyğun gəlir. O, şərqdə Xəzər dənizi ilə, şimalda Samur çayı ilə əhatə edilir. Cənubda Gilgilçayın mənsəbinə, qərbdə 200 m yüksəkliyə qədər olan ərazilər rayona daxildir. Dənizin sahilləri okean səviyyəsindən 26 m-ə qədər alçalır və dəniz çöküntüləri ilə örtülür. Qərbdə çay çöküntüləri və gətirmə konusları çoxdur. Samur və Qudyal çaylarının arasında Şollar düzü yerləşir.
Samur-Dəvəçi rayonu qışı mülayim keçən yarımsəhra va quru çöl iqlimi zonasına daxildir. İldə 300-400 mm yağıntı düşur. Samur-Dəvəçi rayonunun ərazisi tam mənimsənilmişdir və əkin sahələrinə çevrilmişdir.
Qonaqkənd fiziki-coğrafi rayonu.
Fiziki-coğrafı rayon Baş Qafqaz dağlarının suayrıcısından Samur-Dəvəçi ovalığına qədər sahəni tutur. Dağlarda aşağıdan yuxarıya doğru cənub-şərqdə yayı quraq keçən mülayim-isti iqlim və qışı quraq keçən mülayim-isti iqlim, şimal-şərqdə yağıntıları bərabər paylanan mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim və dağ-tundra iqlimi bir-birini əvəz edir. Bu istiqamətdə yağıntıların miqdarı 400 mm-dən 1200 mm-ə qədər artır.
Zaqatala-Lahıc fiziki-coğrafi rayonu.
Ərazi Baş Qafqaz dağlarının cənub yamaclarında yerləşir. Fiziki-coğrafi rayon qərbdə Mazımçaydan şərqdə Girdiman çayına qədər uzanır. Cənubda onun sərhədləri Alazan-Əyriçay vadisindən, şimalda Suayrıcı silsiləsindən (Baş Qafqaz dağları) keçir. Bu ərazilər daxilində rayonun relyefi 600 m-dən 4000 m-ə qədər yüksəlir.
Şamaxı (Dağlıq Şirvan) fiziki-coğrafi rayonu.
Böyük Qafqaz dağlarının cənub-şərq kənarları rayona daxildir. Rayon şimalda Baş Qafqaz silsiləsinin suayrıcısından cənub və cənub-qərbdə Şirvan düzünə qədər uzanır. Dağlıq Şirvan şərqdə Qobııstandan qərbdə Girdiman çayına qədər bir ərazini əhatə edir.
Dağlıq Şirvan rayonu yayı quraq keçən mülayim-isti iqlimə malikdir. İl ərzində 400-900 mm yağıntı düşür.
Qobustan-Abşeron fiziki-coğrafi rayonu.
Böyük Qafqaz təbii vilayətinin şərqində yerləşən Qobustan-Abşeron Xəzər dənizinin sahillərindən şimal-qərbdə Gədi dağına (1222 m) qədər olan əraziləri əhatə edir. Rayon cənub-qərbdə Şirvan düzünə qədər, cənubda Cənub-Şərqi Şirvan düzünə qədər uzanır. Burada qışı mülayim keçən yarımsahra və quru çöl iqlimi hakimdir. Qobustanın cənub-şərq kənarlarını külək tutmadığına görə respublikada ən az (150 mm) yağıntı alan sahədir.
Qobustan-Abşeronun boz-qonur VƏ şorakətli boz-qonur torpaqlarında yovşan, şoran, dəvətikanı və efemerlər bitir. Onlar yanmsəhra landşaft qurşağına daxildir və ərazini başdan-başa əhatə edir. Rayonun şərqində açıq şabalıdı tor-paqlar inkişaf edir. Xəzərin sahillərində qumluqlar vardır.

Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Azərbaycan ərazisinin ⅓ hissəsini tutur.Qarayazıdan Xəzərə qədər davam edir.Vilayət aşağıdakı fiziki-coğrafi rayonlara bölünür:
Acınohur-Ceyrançöl fiziki-coğrafi rayonu.
Kür çayının sol sahilləri boyu Gürcüstanla dövlət sərhəddindən Girdiman çayına qədər ərazini Acınohur-Ceyrançöl rayonu tutur. Rayon şimalda Böyük Qafqaz dağları ilə cənubda Kür-Avaz ovalığı arasında yerləşir.
Acınohur-Ceyrançöl qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi, şimal-şərq hissəsi qışı quraq keçən mülayim-isti iqlim şəraitində yerləşir. Ərazidə yağıntıların illik miqdarı 300-400 mm-dir. Ceyrançöl qışda, Acınohur yayda quraq olıır,
Burada yovşanlı-gəvərli yarımsəhra bitkiləri, ağ ot, topal, şivyə və xırda kolluqlardan ibarət dağ kserofit bitkiləri geniş yayılır. Meşələrdə Eldar şamı, ardıc, saqqız ağacı əsas flora elementləridir.
Alazan-Əyriçay fiziki-coğrafi rayonu.
Bu fiziki-coğrafi rayon eyni adlı vadidə yerləşir. Onun sərhədlərini şimalda Baş Qafqaz dağlarının cənub ətəkləri, cənubda Acınohıır alçaq dağlığı, qərbdə Mazun çayı, şərqdə Girdiman çayı təşkil edir.
Ərazinin qışı qıraq keçən mülayim-isti iqlimi şəraitində 400-600 mm-dəıı 1000 mm-ə qədər yağıntı düşür.
Alazan-Əyriçay vadisində çəmən-meşə və çəmən torpaqlan yaranmışdır. Yeraltı suların səthə yaxın olması ilə əlaqədar burada palıd, vələs, qovaq və qızılağacdan ibarət düzənlik meşələri vardır. Cənub hissələrdə, daha yuxarı sahələrdə müxtəlif otlu çöl bitkilərinə rast gəlinir. Qazax-Qarabağ fiziki-coğrafi rayonu.
Gəncə-Qazax və Naftalan maili düzənlikbrlə Qarayazı, Qarabağ və Mil düzlərinin bir hissəsi Qazax-Qarabağ rayonuna daxildir. Bu ərazilər cənubda və qərbdə Kiçik Qafqaz təbii vilayətinə birləşir və burada onun hündürlüyü 400 m-ə qədər artır.
Küdrü-Şirvan fiziki-coğrafı rayonu.
Rayon qərbdə Türyan çayından şərqdə Ləngəbiz silsiləsinin ətəklərinə qədər uzanır. Onun şimal sərhədləri Ağdaş-Göyçay-Ağstafa şəhərlərini birləşdirən xətt üzrə, cənub sərhədləri Ağdaş-Ucar-Kürdəmir-Şirvan şəhərlərini birləşdirən xətt üzrə keçir.
Küdrü-Şirvan qışı mülayim, quru, yarımsəhra və quru çöl iqlimi zonasında yerləşir. Şimalda, kiçik sahədə qışı quraq keçən mülayim-isti iqlim hakim olur. İl ərzindo 300-400 mm yağıntı düşür.
Arazboyu maili düzənliklər fiziki-coğrafi rayonu.
Fiziki-coğrafi rayon Kiçik Qafqaz dağları ilə Araz çayı arasında yerləşir. O, Zəngilan rayonundan Qarabağ kanalına qədər geniş bir ərazini əhatə edir. Araz çayı boyu ərazilər Arazboyu maili düzənliklərə daxildir. O, Gəyən, İncə və Hərəmi düzlərinə bölünür.
Bura daxil olan ərazilər yarınisəhra və quru çöl iqlimi zonasında yerləşir. İl ərzində 400-600 mm yağış yağır. 
Mərkəzi Aran fiziki-coğrafi rayonu.
Kür-Araz ovalığının mərkəzi və şərq hissələrində, 0 m hiindürlüyü olan horizontallarla haşiyələnən ərazilər Mərkəzi Aran rayonuna daxildir.
Mərkəzi Aranda qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Burada havanın orta illik temperaturu 14,5°S-dən yuxarı qalxır. Mütləq minimum temperatur il ərzində -22°S, mütləq maksimum temperatur 43°S-dir. Yağıntıların miqdarı qərbə doğru azalsa da, ən az yağıntılar Cənub-Şərqi Şirvanda müşahidə edilir.
Kür çayı boyu allüvial-çəmən torpaqlarda tuğay meşələri bitir. Bərdədən cənub-şərqdə saqqız ağaclarından ibarət Sultanbud meşələri vardır. Respublikanın düzənliklərində for-malaşan yarımsəhra landşaft qurşağının əsas hissəsi Mərkəzi Aran fiziki-coğrafi rayonuna aiddir.

Kiçik Qafqaz fiziki-coğrafi vilayəti
Əsasən Kiçik Qafqaz dağlarını əhatə edir. Kiçik Qafqaz aşağıdakı fiziki-coğrafi rayonlanı bolünür:
Gəncə dağları fiziki-coğrafi rayonu.
Gəncə dağları rayonu şərqdə Tərtər çayının dərəsinə qədər uzanır. Rayonun şimal sərhədləri Qazax-Tovuz-Şəmkir-Goranboy-Tərtər şəhərlərini birləşdirən xətt üzrə keçir.
Fiziki-coğrafi rayonun alçaq va orta dağlıq sahdhrində qışı quraq keçən mülayim-isti iqlim, yüksək dağlıq sahəbrində qışı quraq olan soyuq iqlim hakimdir. Murovdağ silsiləsinin daha yuxan hissəbri dağ-tundra iqlimi şəraitində yerləşir. Burada il ərzində 400-900 mm yağıntı düşür.
Dağların yamacları şabalıdı, dağ-meşə, dağ-qara və dağ-çəmən torpaqları ilə örtülür. Bu torpaqlarda müvafıq olaraq dağ çölləyi, meşələr, dağ çəmənlikləri inkişaf edir. Gəncə dağları fıziki-coğrafı rayonunda dağ çölləri, dağ meşələri, subalp çəmənlikləri, alp çəmənlikləri və qayalıq-daşlıq landşaft qurşaqları formalaşır.
Qarabağ dağları fiziki-coğrafi rayonu.
Qarabağ silsiləsinin yerləşdiyi ərazilər eyni adlı rayona uyğun gəlir. O, şimalda Mudovdağ silsiləsi ilə, şərqdə Qarabağ va Mil düzləri ilə əhatələnir. Cənub-qərbdə sərhəd Qarabağ silsiləsinin suayrıcı boyu aparılır.
Regionun cənub-şərq kənarlarında yayı quraq keçən mülayim-isti iqlim, dağətəyi zonalarda qışı quraq keçən mülayim-isti iqlim formalaşır. Yüksək dağlıq ərazilərdə qışı qııraq keçən soyuq iqlim hakimdir. Hündürlüyün artması ilə yağıntılann miqdan 600-1000 mm arasında dəyişir.
Qarabağ vulkanik yaylası fiziki-coğrafi rayonu.
Qərb tərəfi Ermənistanla sərhəddən, şərq tərəfi isə Qarabağ silsiləsinin suayrıcısından keçir. Vulkanik yayla qışı quraq keçən soyuq iqlim zonasmda yer-bşir. Yüksək dağhq sahələrdə dağ-tundra iqlimi hakimdir. Yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə qədərdir. Rayonun ərazisində mütbq hündürlüyün çox olması ilə əlaqədar burada yüksək dağlıq ərazilər üçün səciyyəvi olan torpaq-bitki örtüyü formalaşır.
Həkəri iqtisadi-coğrafi rayonu.
Həkəri və Oxçu çayları boyu yerləşən Həkəri fiziki-coğrafi rayonu qərbdə Ermənistanla, cənubda İranla olan dövlət sərhədlərinə qədər uzanır.
Qışı quraq keçdiı mülayim-isti iqlim, Araz çayı boyu yarım-səhra və quru çöl iqlimi burada əsas iqlim tipləridir. Yağıntıların miqdan 300-600 mm arasmda dəyişir. Burada olan düzənliklərdə bitki örtüyü yovşan, efemerlər və kolluqlardan ibarətdır.

Lənkəran fiziki-coğrafi vilayəti
Azərbaycanın cənub-şərq kənarları Lənkəran fıziki-coğrafi vilayətinə daxildir. Vilayət şərqdən Xəzər dənizi ilə, cənubdan va qərbdən İran itə əhalə olunur.
Lənkəranda dağlıq və düzənlik relyef formalanna uyğun olaraq iki fıziki-coğrafi rayon aynlır.
Lənkəran fiziki-coğrafi rayonu.
Xəzər dənizi ilə Talış dağları arasında Lənkəran rayonu yerləşir. Bu ərazilər Lənkəran ovalığına uyğun gəlir. Onun şimal sərhədləri Bolqar çayı boyu, cənub sərhədləri Astara çayı üzrə keçir. Fiziki-coğrafı rayonun mütləq hündürlüyü 40-50 m-ə qədər qalxır.
Lənkəranda rütubərli subtropik iqlim mövcuddur.
Tahlış dağları fiziki-coğrafi rayonu.
Talış dağlarına aid olan silsilələr eyni adlı fiziki-coğrafi rayonun ərazisinə aiddir. Rayon cənubda və qərbdə İranla olan dövlət səvhədlərinə qədər uzanır.
Fiziki-coğrafi rayonun şərqində, alçaq dağlıq ərazilərdə yağıntıları il boyu bərabər paylanan mülayim-isti iqlim, qərbində isə yayı quraq keçən mülayim-isti iqlim hakimdir.

Orta Araz (Naxçıvan) fiziki-coğrafı vilayəti
Naxçıvan fıziki-coğrafı vilayəti Naxçıvan Muxtar Respublikasını (NMR) əhatə edir. Vilayət iki fiziki-coğrafı rayona bölünür:
Şərur-Ordubad fiziki-coğrafi rayonu.
Şərur-Ordubad rayonuna Araz çayının sol sahilləri boyunca uzanan maili düzənliklər daxildir.
Düzənliklərdə qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. İl ərzində havanın mütləq minimum tempevaturu -32°S, mütləq maksimum temperatum 43°S-dir.
Naxçıvan dağları (Günnüt-Qapıcıq) fiziki-coğrafi rayonu.
Naxçıvan Muxtar Respublikasında (NMR) 1200 m-dən Qapıcıq zirvəşinə qədər yüksələn dağlar Naxçıvan dağları rayonuna aid edilir. Naxçıvanm dağları yayı quraq keçən soyuq iqlimı zonasmda yerləşir. Yağıntıların miqdarı alçaq dağlıq ərazilərdə 300 mm, orta dağlıq zonalarda 400-600 mm, yüksək dağlıq ərazilərdə 800-900 mm-dir.



Oxunub: 788385