Baş səhifə    » İDMAN    » Atletika    » Ağır atletika   

Ağır atletika

  


Ağır atletikada idmançılar iki proqram üzrə çıxış edirlər. Bu, tədricən və təkanla qaldırmaqdır. Birinci proqramda idmançı ştanqı əvvəlcə yerdən yuxarı qaldırır, sonra qollarını açaraq ağırlığı başı üzərinə qaldırır. Bütün bunları o, yalnız əzələlərinin gücü ilə etməlidir. Bu zaman idmançı azca çöməlib, bədəni ilə yorulmuş qollarına kömək edərsə, hakimlər işıq yandırıb, bu hərəkəti hesaba almayacaqlar.
Təkanla qaldırma da iki hərəkətdən ibarətdir: idmançı çöməlib, ştanqı birdən-birə birnəfəsə başı üzərinə qaldırır, yalnız bundan sonra qalxıb düzəlir. Qüvvət və sərtliyin belə birləşməsi idmançıya ikinövlü mübarizənin ümumi hərəkətlərində çox böyük bir çəkini qaldırmaq imkanı verir. Əlavə edək ki, yarışda birinci yerə çıxmaq üçün ştanqçı ağır atletikanın iki növünün ümumi hesabında daha çox çəki qaldırmalıdır.
Ağır atletika beynəlxalq miqyasda çox böyük nüfuza malikdir. Bu idman növü Azərbaycanda da sürətlə inkişaf edir, idmançılar müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr göstərirlər. Belə ki, 2009-cu ildə Sidneydə keçirilən Ustaların Ümumdünya Oyunlarında Akif Alıyev qızıl medala, Asif Məlikov gümüş medala, Tofiq Heydərov isə 5-ci yerə layiq görülmüşlər.
2010-cu ildə Sinqapurda keçirilən yarışda Nicat Rəhimov yeniyetmələr arasında olimpiya çempionu olmuşdur.
Ölkədə Ağır Atletika Federasiyası fəaliyyət göstərir. 

Ağır atletlər:
Azər Məmmədli
Andrey Çemerkin
Dimas Purros
Elxan Əliquluzadə
Əfqan Bayramov
Əli Məmmədli
Firidun Quliyev
Fərrux Fətəliyev
Hafiz Süleymanov
Nicat Rəhimov
Kaxi Kaxiaşvili
Kənan Əliquluzadə
Paşa İbrahimli
Rüstəm İmanzadə
Tofiq Heydərov
Yanko Rusev
Zülfüqar Süleymanov 



Oxunub: 125400