Baş səhifə
» İDMAN
» Federasiyalar
» AFFA
AFFA1994-cü ilin dekabrında Azərbaycan futbolu tarixində ilk dəfə üç hakimə - Tahir Süleymanov, Asim Xudiyev və Xaqani Məmmədova FİFA referesi dərəcəsi verilmişdir. 1997-2003-cü illərdə Azərbaycan futbolu dərin böhran içində olmuşdur. Futbol ictimaiyyətinin AFFA rəhbərliyi ilə ədalət uğrunda mübarizəsi nəticəsiz qaldığına görə klublar etiraz əlaməti olaraq 11-ci milli çempionatı dayandırmışlar. Sonradan çempionat xüsusi Təşkilat Komitəsinin nəzarəti altında davam etdirilsə də, AFFA rəhbərliyi nəticələri tanımamışdır. Klublar Avropa miqyaslı turnirlərdə iştirak etməkdən məhrum olmuşlar. 2003-cü ildə futbol klublarının, AFFA nümayəndələrinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Ədliyyə Nazirliyinin, FİFA-nın və UEFA-nın iştirakı ilə Sürix müqaviləsi imzalanmış, AFFA-nın yeni Nizamnaməsinin layihəsi hazırlanmışdır. Futbol klubları AFFA 2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilmiş, yeni Nizamnaməyə əsasən AFFA-nın rəhbər orqanları seçilmişdir. Həmin gündən Azərbaycan futbolunun inkişafında yeni mərhələ başlanmışdır. 2007-ci il oktyabrın 30-da AFFA prezidenti Ramiz Şəmşəd oğlu Mirzəyev dünyasını dəyişmişdir. AFFA İcraiyyə Komitəsinin 4 dekabr 2007-ci il tarixli qərarına əsasən AFFA prezidenti səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olunmuşdur. Hazırda ölkədəki bütün komandalar AFFA-nın tərkibində fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, 2208 Nobel prospekti.
|