Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Strateji Araşdırmalar Mərkəzi   

Strateji Araşdırmalar Mərkəzi

  



Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədi ilə 12 noyabr 2007-ci il tarixli fərman əsasında yaradılmışdır. Bundan başqa, mərkəz ölkədə dövlət əhəmiyyətli strateji araşdırmaların aparılması, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsi, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunması, sosioloji sorğuların keçirilməsi və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsi, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsi işini təşkil edir, Azərbaycanın dövlət maraqlarına, milli təhlükəsizliyinə uyğun, bu tələblərə cavab verən müxtəlif proqramlar, konsepsiyalar, doktrinalar hazırlayır.

Mərkəzin əsas missiyası 
Azərbaycanda və onun yerləşdiyi regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etmək mərkəzin əsas missiyası hesab olunur.   
Strateji Araşdırmalar Mərkəzi fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur. 

Ünvan:  Azərbaycan, Bakı ş. AZ 1005, M. İbrahimov küçəsi 8. 
Telefon: (+994 12) 596 82 39 
Faks:       (+994 12) 437 34 58 
E-poçt: info@sam.gov.az
İnternet səhifəsi: www.sam.gov.az



Oxunub: 453455



Azərbaycan Televiziyaları
İnternet Radio