Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Komitələr və fondlar    » Dövlət Statistika Komitəsi   

Dövlət Statistika Komitəsi

  


Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zamanı ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılıb. Bu qurumlar 1918-ci il Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində statistika şöbəsi və 1919-cu il isə Əkinçilik Nazirliyinin torpaq fondu şöbəsində Statistika Bürosu kimi fəaliyyətdə olub.
1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi yaradılması haqqında yeni əsasnamə təsdiq edib.
1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilmişdir.
18 fevral 1994-cü ildə isə Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələblərini nəzərə alan "Statistika haqqında" Azərbaycan Respublikasının yeni qanunu imzalanmışdır.
Dövlət Statistika Komitəsi statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.

Bakı şəhəri, AZ 1136,
İnşaatçılar prospekti 136.
Qaynar xətt: (+99412) 438 87 83
Tel: (+994 12) 438 11 71
Faks: (+994 12) 438 24 42
E-mail: sc@azstat.org



Oxunub: 121139



Azərbaycan Televiziyaları
İnternet Radio