Baş səhifə    » İQTİSADİYYAT    » Aqrar sənaye    » Yeyinti sənayesi   

Yeyinti sənayesi

  



Yeyinti sənayesi müəssisələrində müxtəlif kənd təsərrüfatı məhsulları emaldan keçir və ərzaq kimi istehlak olunur. Yeyinti sənayesi müəssisələrinin fərqləndirici əlaməti onların hər yerdə yerləşməsidir. Bu tipli istehsal obyektləri həm şəhərlərdə, həm də kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.
Kənd təsərrüfatında becərilən məhsulların çeşidi müxtəlif olduğuna görə yeyinti sənayesinin tərkibi də mürəkkəbdir. Unüyütmə-yarma, şəkər, yağ, kraxmal-patka, meyvə-tərəvəz konservi və çay sənayesi müəssisələri bitkiçilik məhsullarının emalını həyata keçirir. Ət, süd, yağ-pendir sənayesi heyvandarlıq məhsullarının emalına əsaslanır. Çörəkbişirmə, makaron, qənnadı, yeyinti-konsentrat sahələri ilkin emaldan keçmiş yarımfabrikatların son məhsula çevrilməsi ilə məşğul olur. Duzun və balıq məhsullarının emalı da yeyinti sənayesinin tərkibinə daxildir.
Şəkər, bitki yağları, meyvə-tərəvəz konservi və yağ-pendirin emalı üçün tələb edilən xammalların daşınması xeyli mürəkkəb olduğundan və qeyd edilən sahələr əsasən xammal rayonlarında inkişaf etdirilir.
Çörəkbişirmə, makaron, süd sanayesi müəssisələri iri şəhərlərdə və sıx əhali məskunlaşmış istehlak rayonlarında yerləşir. Unüyütmə-yarma, ət sənayesi obyektlərinin isə həm xammal, həm də istehlak rayonlarında yaradılması səmərəlidir.
Bir çox yeyinti sanayesi məhsullarının (üzüm, tütün, çay) ilkin emalı xammal rayonlarında aparılır. Lakin onlar son məhsula istehlak rayonlarında çevrilir. Balıq məhsullarının emalı zavodları sahil rayonlarında yerləşir.

Azərbaycanda yeyinti sənayesi
Yeyinti sənayesi Azərbaycanda istehsal edilan məhsulların miqdarına və bu sahədə məşğııl olan əhalinin sayına görə sənaye sahələri arasında birinci yeri tutur. Bu sahə respublika təsərrüfatının ixtisaslaşmış sahlərindan biridir. Yeyinti sənayesində şərab, konserv, tütün və mineral sular istehsal edilən əsas məhsullardır.
Şərabçılıq ölkənin ən geniş yayılmış sahələrindən biridir. Üzümün ilkin emalı zavodları onun becərildiyi rayonlarda yerləşir. Son mohsul olan şərab va konyak zavodları Bakıda (1 və 2 saylı), Gəncədə, Göyçayda, Şəmkirdə, Xanlarda, Şamaxıda və Naxçıvanda fəaliyyət göstərir. Azərbaycanın şərab zavodları 60 markadan çox şərab, o cümlədən 17 növ turş şərab (“Bayan”, “Alşərab”, “Sadıllı”, “Mədrəsə”, “Novruzlu”, “Şamxor”, “Qarakənd”), 20 növ portveyn tipli tünd desert şərabı (“Ağstafa”, “Alabaşlı”, “Ağdam”, “Qızıl şərbət”, “Qara yeri”, “Qara Çanaq”, “Mil”, “Göytəpə”, “Qarabağ”, “Şahbuz”, “Azərbaycan”, “Şamaxı”, “Kürdəmir”) və konyaklar (“Göy-göl”-3,4,5 ulduzlu, “Bakı”, “Yubileyni”) istehsal edirdilər.
2008 ilin məlumatına əsasən, ilk 9 ayında Azərbaycanda 486,3 min dekalitr araq, 57 min dekalitr konyak, 605 min dekalitr üzüm şərabı, 15,3 min dekalitr şampan şərabı, 3 166,9 min dekalitr pivə istehsal edilib. Hazırda ölkə ərazisində 44 alkoqollu içki, 35 pivə istehsal edən müəssisə fəaliyyət göstərir.
Konserv sənayesi müəssisələrində meyvə-tərəvəz, o cümbdən meyvə VƏ balıq mahsulları emal edilir. Xammal bazalarına yaxın olan meyvə-tərəvəz konservi müəssisələri Xaçmaz iqtisadi rayonunda çoxdur. Bu sahə üzrə Quba-Xaçmazda konserv kombinatı, Quba, Qusar və Xudat şəhərlərində konserv zavodu fəaliyyət göstərir. Naxçıvanı iqtisadi rayonunda Ordubad, Şəki-Zaqatala iqtisadi rayonunda Şəki, Qəbələ, Balakən, Qax, Nic, Aran iqtisadi rayonunda Ucar, Göyçay, Sabirabad, Lənkəran-Astara iqtisadi rayonunda Lənkəran va Masallı əsas konserv sənayesi mərkəzləridir.
Xəzər dənizinin və Kür çayının balıq ehtiyatlarından istifadə edilməsi əsasında Aran iqtisadi rayonunda Banka balıq kombinatı, Mingəçevir, Hacıqabul və Xıllı balıq zavodları işləyir. Bunlardan başqa, Lənkəran-Astara iqtisadi rayonunda yerləşən Lənkəran balıq zavodu, Nərimanabad bahlı kombinatı, Quba-Xaçmaz iqtisadi rayonunda olan Xudat balıq kombinatı, Abşeron iqtisadi rayonuna aid olan Hövsandakı balıq kombinatı, H.Z.Tağıyev qəsəbəsindəki zavod əsas balıq emalı müəssisələridir. Respublikanın su anbarlarında, şirin sulu göllərində, həmçinin digər sututarlarında balıq yetişdirmə zavodları vardır. Onların çoxu Kürün mənsəbində yerləşən Neftçala rayonunun ərazisindədir.
Yeyinti sənayesinin mühüm sahələrinə aid olan ətin emalı Bakı, Gəncə, Şəki, Mingəçevir, Naxçıvan, Ağdam, İmişli, Lənkəran və Xırdalanda yerləşən ət kombinatlarında aparılır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Xırdalan, Şamaxı, Bərdə, Zərdab, Salyan və Siyəzəndə süd emalı müəssisələri yerləşır. Bakı, Gəncə, Naxçıvan, Kürdəmir, Ağdaş, Yevlax, Şabran və Giləzidə respublika əhəmiyyətli unüyütmə kombinatları fəaliyyət göstərir.
Sənayenin bu sahələri və çörəkbişirmə ölkənin daxili tələbatının ödənilməsinə xidmət edir. Hazırda çörəkbişirmə üzrə şəhərlərlə yanaşı kənd və qəsəbələrdə də kiçik müəssisələr (mini dəyirmanlar və çörəkbişirmə sexləri) yaradılır, onların şəbəkəsi getdikcə genişləndirilir.
Respublikada mövcud olan müalicə əhəmiyyətli mineral suların qablaşdırılması vacibdir. Bu məqsədlə istifadəyə yararlı olan mineral sulara İstisu, Sirab, Badamlı, Vayxır, Darıdağ aiddir. Artıq bu istiqamətdə bir neçə müəssisə fəaliyyət göstərir. Şahbuzda və Naxçıvanda "Badamlı", Naxçıvanda "Sirab" kimi sudoldurma müəssisəsi vardır. Naxçıvan şəhərində olan "Badamlı" zavodu 1949-cu ildə, "Sirab" zavodu 1976-cı ildə tikilmişdir.
Bakı, Gəncə, Xırdalan, Salyan və Xaçmazda pivə zavodları yerləşir. Respublikamızda ABŞ-ın dünya miqyasında məşhur olan "Koka-Kola" şirkətinin filialı fəaliyyət göstərir (Xırdalan yaxınlığında). 1 oktyabr 1999-cu ildə isə Sulutəpə qəsəbəsində "Pepsi-Kola" sularının istehsalı üzrə müəssisə açılmışdır.
Azərbaycanda yeyinti sənayesinin yuxanda göstərilən istehsal obyektləri ilə yanaşı çayın ilkin emalı üzrə Lənkəran-Astara iqtisadi rayonunda fabriklər, Bakı və Lənkəran şəhərlərində çay çəkilib-bükülməsi fabrikləri yerləşir.
Azərbaycanda Lənkəran çayı ən keyfiyyətli çay növü hesab edilir. Hələ 1981-ci ildə Leypsiqdə keçirilən müsabiqədə «Azərbaycan buketi» mükafatına və qızıl medala layiq görülmüşdür. 2002-ci ildə Madriddə keçirilən beynəlxalq müsabiqədə Azərbaycan çayı “XXI əsr Avropanın qızıl mükafatına”, 2005-ci Madriddə keçirilən “Keyfiyyət və texnologiyaya görə” müsabiqəsində ildə Lənkəranın “Təbii çay”ı Avropanın daha bir “Qızıl medal”ına layiq görülmüşdür. Respublika üzrə 2010-cu ildə yaşıl çay yarpağı istehsalı 544,9 ton olmuşdur.
Tütünün ilkin emalı sahəsində Şəki, Zaqatala, Qəbələ, Balakən, Yevlax, Şərur və Masallı tütün-fermentasiya zavodları, Bakıda isə tütün kombinatı işləyir. Bunlarla bərabər, Zaqatalada fındıq təmizləmə zavodu, xına qablaşdırılması müəssisəsi, Abşeronun Maştağa qəsəbəsində zeytun emalı zavodu, Bilgəhdə zəfəran emalı zavodu vardir.
Pambıq çiyidi Şirvanda olan yağ-ekstraksiya zavodunda emaldan keçir. Sonra onun məhsullarından alınan qliserin sabun hazırlamaq üçün Gəncə yağ-piy kombinatına göndərilir. Bakı, Sumqayıt VƏ Gəncədə qənnadı fabrikləri vardır.



Oxunub: 372105



Azərbaycan Televiziyaları
İnternet Radio