Baş səhifə    » İDMAN    » Gimnastika    » Tamblinq   

Tamblinq

  

Akrobatikanın tərkibində olan tramplinq və tamblinq ilk dəfə olaraq 2000-ci ildən etibarən ayrıca idman növü kimi fəaliyyət göstərməyə başlamışdır. 2000-2003-cü illər ərzində ölkə tapmlinqçiləri müxtəlif yarışlarda qüvvələrini sınamışlar. 2001-ci ildə Danimarkada keçirilən Dünya birinciliyində Rəvan Yusubov 14-cü nəticə göstərmişdir. 2003-cü ildə Kiyevdə keçirilən beynəlxalq turnirdə Taleh Qazıyev və Abdulla Qasımov finala vəsiqə qazanaraq 6-7-ci yerləri tutmuşlar.Hazırda Azərbaycanda bu idman növü ilə 150-yə qədər idmançı məşğul olur ki, onların da əksəriyyəti gimnastika məktəbinin yetirmələridir.
Eyni zamanda paytaxtın bir neçə idman mərkəzində, həmçinin Şabran şəhərində də tramplinq və tamblinq inkişaf etdirilir.

Tamblinq gimnastlar:
Rahib Əliyev
Mixail Malkin
Hafiz Rzayev
Səid Səlimov 



Oxunub: 81873