Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “FHN orqanlarında qüsursuz xidmətə görə” medal   

“FHN orqanlarında qüsursuz xidmətə görə” medal

  



“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 1-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri

“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin (FHN) emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində “QÜSURSUZ XİDMƏTƏ GÖRƏ” sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin (FHN) emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin (FHN) emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda isə “FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ” (FHN) sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 3 mm olan 1 yaşıl rəngli şaquli zolaq təsvir olunmuşdur. Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 2-ci dərəcəli Azərbaycan Respublikası medalının təsviri
“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.  Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli qızılı rəngli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin (FHN) emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində “QÜSURSUZ XİDMƏTƏ GÖRƏ” sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin (FHN) emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, sözlər və dairəvi formalı lövhənin çərçivəsi relyefli və qızılı, lövhənin fonu isə gümüşü rəngdədir. 
Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda isə “FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ” sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem və lövhənin fonu gümüşü, sözlər və relyefli dairəvi formalı lövhənin çərçivəsi isə qızılı rəngdədir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 2 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri

 “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində “QÜSURSUZ XİDMƏTƏ GÖRƏ”  sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya qızılı, lent, palıd yarpaqlarından çələng və sözlər relyefli və gümüşü rəngdədir.  Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda isə “FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ” sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. Emblem və sözlər relyefli və gümüşü rəngdədir. 
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 3 mm enində narıncı, 6,5 mm enində göy, mərkəzdə 8 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Ağ rəngli zolağın üzərində dərəcəni bildirən, ölçüsü 1,5 mm olan 3 yaşıl rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.



Oxunub: 514413



Azərbaycan Televiziyaları
İnternet Radio