Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “İgidliyə görə” medal   

“İgidliyə görə” medal

  


«İgidliyə görə» medalının təsviri


Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca «İgidliyə görə» sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır. 
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal halqa və ilgəyin vasitəsi ilə 27 mm x 43 mm tünd və açıq yaşıl fon da xara lent lə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.  Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 343540