Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi   

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi

  



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı fərmanı ilə yaradılıb.
Azərbaycan Respublikasında əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirir, hidrometeorologiya xidmətini təşkil edir, hidrometeoroloji müşahidələrin aparılmasını, proqnozlar hazırlanmasını və məlumatların yayılmasını təmin edir.
Təbii ehtiyatların, faydalı qazıntıların, bitki örtüyü, flora, fauna (o cümlədən balıq), su və enerji mənbələrinin istifadə olunması prosesində ekoloji təhlükəsizliyin gözlənilməsi, ekoloji baxımdan torpağın bərpası və mühafizəsi, habelə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini də nazirlik həyata keçirir və öz səlahiyyətləri daxilində mineral-xammal bazasından və yer təkindən səmərəli istifadə edilməsinə nəzarət edir.

Ünvan: Bakı, AZ1073, Bəhram Ağayev küç., 100A
Tel/faks: (99412) 4925907
e-mail: mineco@eco.baku.az




Oxunub: 86383



Azərbaycan Televiziyaları
İnternet Radio