Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi   

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

  


Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində dövlət siyasətini tənzimləyən icra hakimiyyəti orqanıdır. 
Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə təsdiq edilmişdir.
Nazirlik sisteminə daxil olan ali və orta ixtisas təhsil müəssisələrinin, uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəblərinin fəaliyyətinə nəzarəti həyata keçirmək, tədris plan və proqramlarını müvafiq qaydada təsdiq etmək, təhsil müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görür.
Nazirlik tarix və mədəniyyət abidələrinin qorunması, kinematoqrafiya və turizm sahələrində qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquq müəyyənedici sənədlər verir, yüksək bədii dəyərli əsərlərin yaradılması ücün dövlət sifarişlərini həyata keçirir.
Habelə, nazirlik dövlət mülkiyyətində olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının və sərgi salonlarının fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədi ilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunması, uçotu, mühafizəsi, təbliği və nümayişini təmin etmək kimi vəzifələri də icra edir.
Nazirlik Azərbaycan Respublikasında beynəlxalq və daxili turizmin inkişafının məqsədli proqramlarını hazırlamaq, turizm infrastrukturunun və sənayesinin inkişafına dair, ölkə ərazisində turizm zonalarının və turizm xidməti sahələrinin yaradılmasına investisiyanın cəlb olunması sahəsində öz səlahiyyətləri daxilində tədbirlər görmək funksiyalarını daşıyır.

Ünvan

AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü. Hacıbəyov küçəsi 40.
Tel:  (+99412) 493-43-98, 493-30-02.
Fax: (+99412) 493-56-05, 493-65-38.
Telefon məlumat sistemi: (+99412) 147
E-mail:mct@mct.gov.az



Oxunub: 81459



Azərbaycan Televiziyaları
İnternet Radio