Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi   

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

  



Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Fövqəladə Hallar Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə yaradılıb.
Nazirlik əhalini mülki müdafiə, əhalinin və ərazilərin geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalardan qoruyur.
Habelə elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları kimi fövqəladə hallardan qorunmasını təmin edir. Həmçinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi, su hövzələrində insanların və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinə təminat verir.

Ünvan: AZ1073, Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə
Tel.:  (+994 12) 512 00 61      
Faks: (+994 12) 512 00 46
info@fhn.gov.az
http://www.fhn.gov.az



Oxunub: 80372



Azərbaycan Televiziyaları
İnternet Radio