Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikasının Vergilər Nazirliyi   

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

  


Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Vergilər Nazirliyi vergi qanunvericiliyinə və dövlət qiymət intizamına dövlət nəzarətini təmin etmək məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılıb. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi müstəqil fəaliyyət göstərməyə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında Vergilər Nazirliyi yaradılmışdır.
Nazirlik Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət edir, vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin hesablanması və ödənilməsi barədə onlara izahatların verilməsini təmin edir. Habelə, vergi qanunvericiliyinə müvafiq olaraq bazar qiymətləri nəzərə alınmaqla vergilərin hesablanmasını təmin etmək məqsədi ilə bazar qiymətlərinin qeydə alınmasını və bazar qiymətləri barədə informasiya bazasının yaradılmasını təmin edir. Nazirlik vergitutma bazası həcminin müəyyənləşdirilməsi, aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergitutma obyektlərinin uçotu, əhali ilə pul hesablaşmalarının aparılması sahəsində qanunvericiliyə riayət olunmasını yoxlamaq məqsədi ilə vergi ödəyicilərinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada operativ nəzarəti həyata keçirir.
Azərbaycan Respublikasının dövlət vergi orqanlarının inkişaf proqramlarının hazırlanmasında iştirak edir və onu həyata keçirir, iqtisadiyyat, o cümlədən maliyyə, vergitutma və investisiyaların cəlb edilməsi ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflərin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikası dövlət vergi orqanlarının vahid avtomatlaşdırılmış məlumat sisteminin yaradılmasını təmin edir.

Ünvan: Azәrbaycan Respublikası, AZ1073,
Bakı şәhәri, Landau küç., 16
Qaynar xətt-195
Tel.: (99412) 4038970
Faks: (99412) 4038971
E-mail: office@taxes.gov.az




Oxunub: 69260



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on