Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Albaniya   

Albaniya

  

Əhəmənilərin ərazisinə hakim olan İskəndərin imperiyası e. ə. 323-cü ildə onun dünyasını dəyişməsi ilə dağıldı. Müasir Azərbaycan türklərinin yaşadığı şimal torpaqlarda e. ə. IV əsrdə Albaniya, cənubunda isə Atropatena dövləti yarandı.
Albanlar haqqında ilk məlumatı verən romalı tarixşünas Strabon yazmışdır ki, albanlar İberlərlə Kaspi dənizi arasında yaşayırdılar. Dövlətin qərb sərhəddi isə antik mənbələrdə Kambis kimi göstərilən İori olub. İndiki Gürcüstanın şərq hissəsi də onların hakimiyyətində olub. Yenə Strabona görə, dövlətin şimal sərhəddi Qafqaz dağları ilə əhatələnib. Qafqazların dənizə yaxın hissəsinə isə Keraun deyilirdi ki, Ptolomey də Alban ərazisinin şimalda Soana çayına kimi gedib çıxdığını yazmışdır.
Alban tayfa birləşməsi 26 boydan yaranıb. Strabon yazırdı ki, "onlar bir-birilərilə çətin ünsiyyətə girirlər". Bu tayfaların hərəsinin öz dili olub; lakin türk tayfaları daha apancı mövqedə olduğuna görə, şübhəsiz ki, Albaniyada ümumi ünsiyyət dili türkcə olmuşdur. Alban soyları Kür çayının orta və aşağı axarında və çayın sol sahilində məskunlaşmışlar. Çayın sağ sahilində isə kaspi tayfaları yaşayırdı. Bəzi alimlər bunları da albanlardan hesab edirlər. Etnik ayrılıqlar onların qəbir tiplərindən və dəfn adətlərindən də aydın olur. Küp qəbirlər, çiy kərpicdən düzəldilmiş abidə məzarlar (sərdabələr), saxsı-təknə qəbirlər, katakomba adlanan quyu qəbirlər (quyu divarının bir hissəsi oyulur və orda ölü ilə avadanlığına görə yer açılır, dəfn bitdikdən sonra məzarın ağzı hörülürdü) və s. Albaniyada yaşayan xalqların mədəniyyətləri haqda məlumat verir.
Müasir mənbələr sübut edir ki, albanlar özlərinin xaricində qalan 25 tayfanı öz hakimiyyətləri altına salmışlar. Bunların böyük əksəriyyəti albanlarla qohum olsa da, bir qismi mənşəcə onlardan fərqli idilər. Araşdırmaçılar arasında albanların sak nəslindən gəldiyi və ya onların yaşadığı torpaqların yerliləri olduqları barədə ixtilaflar vardır.
Tarixi qeydlərə əsasən Alban tayfalarından hesab edilən və şimali Azərbaycanın Qəbələ bölgəsində yaşayan az saylı udinlərin ata-babaları qəbul edilən utilər Alazanla Kür çayının qovşağında; leqlər Samur çayının axarının dağlıq hissəsində; lupenlər Qafqaz dağlarının cənub ətəklərində; qarqarlar Qafqazların şimalında (sonralan isə Qarabağın düzənlik yerlərində) yaşayıblar.
Albaniyada türklərin əksəriyyəti təşkil etdiyinə dair məlumatlar getdikcə artmaqdadır.
Eramızın 510-cu ilində Albaniya dövləti Sasanilər imperiyası tərəfindən işğal olunub.

Paytaxtı Qəbələ və Bərdə şəhərləri

Hökmdarların hakimiyyət illəri: Aranilər sülaləsi --
e.ə. II əsr Aran
e.ə. 65-? Oroys
e.ə.36-? Zober
Alban Arşakilər qolu--
Eramızın 215-255 I Vaçaqan
255-262-ji illər I Vaçe
?- Mirhavan
?- Satoy
?- Asay
?- Asvaqen
?- II Vaçe
359-371 Urnayr
493-510 III Vaçaqan



Oxunub: 205354