Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Manna   

Manna

  

E.ə. I minilliyin əvvəllərində, IX əsrdə Urmiya gölü ətrafında yaranıb. Urartu, Assur çarlığı, Babilistan və Elam dövlətləri ilə həmsərhəd olub. Mannanı müasir Azərbaycanın "Güney" hissəsində yaranmış, əvvəlkilərə nisbətdə daha böyük siyasi birləşmə kimi qəbul etmək olar. Mənbələrdə Manna torpaqlarının Urmiya gölünün şərqindən, Xəzər dənizinin cənub qərbinə kimi yayıldığı aydın şəkildə görünür. Mannalılar qutti, lullu, turukki və su (sub/subar) xalqlarının varisləri sayılırlar. Manna e.ə. 590-cı ildə süqut edib. Dövlətin adına ilk dəfə Muanna şəklində e.ə. 843-cü ildə yazılmış Assur hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir.
Manna dövlətinin hökmdarına yanzu deyilirdi. Hökmdara ağsaqqallar şurası köməklik edirdi.
Paytaxtı İzirtu şəhəri

Hökmdarların hakimiyyət illəri:
e.ə.təxm. 829- ? Ualki (Udaki)
e.ə. təxm. 740-719 İranzu
e.ə. təxm. 718-716 Aza
e.ə. təxm. 716-680 Ullusunu
e.ə. təxm. 675-650 Ahşeri
e.ə. təxm 650-630 Ualli




Oxunub: 222328