Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Sacilər dövləti   

Sacilər dövləti

  

Sacilər dövləti Ərəb işğalına qarşı aparılan mübarizə illərində yaranmışdır. Bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər. Orta Asiyanın Əşrusan vilayətinin qədim nəslindəndirlər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdır.
Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri Türk nəsəbli Məhəmməd bin Əbu Sac Divdad 879-cu ildə xilafətin əmri ilə Azərbaycana hakim təyin olundu. O da Sacilər dövlətinin özülünü qoymuşdur. Dövlətin sərhədləri cənubda Zəncandan şimalda Dərbəndə, şərqdə Xəzər dənizindən, qərbdə İrəvan yaxınlığındakı Ani və Dəbil şəhərlərinə qədər uzanırdı. Sacoğullarının hakimiyyəti dövründə (879-941) Azərbaycanın Güney bölgələri müstəqil dövlətə çevrilmişdir. Xilafətin tabeliyindən çıxmış Sacilərin öz pulları vardı. IX əsrin sonlarında (898-900) Məhəmməd ibn Əbu Sacın adından pul kəsilməsinə başlanmışdı.
IX əsrin 80-ci illərindən X əsrin 40-cı illərinədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, Azərbaycan türk xalqının etnik özülünün güclənməsinə müsbət təsir göstərdi.
Dövlətin varlığına 942-ci ildə Salarilər dövləti tərəfindən son qoyulmuşdu.
Paytaxtı Marağa və Ərdəbil şəhərləri

Hakimiyyətdə olan hakimlər: 
889-901 Məhəmməd ibn Əbu Sac
901 iyun-iyul Divdad ibn Məhəmməd
901-927 Yusif ibn Əbu Sac
928-929 Əbdül Müsafir
929-931 Vasif
931-932 Muflih
932-941 Deysəm ibn İbrahim



Oxunub: 384056