Baş səhifə
» TARİX
» Azərbaycan dövlətləri
» Ön Asiya (e.ə. I minilliyin I yarısı)
Ön Asiya (e.ə. I minilliyin I yarısı)Eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində Zaqros dağları bölgəsində bəzi kiçik bəyliklər yarandı. Bunların arasında Gilzan, Zamua, Allabria, Karalla, Buştu, Məssi, Surikaş, Qızılbunda, Alateyə,Uişdiş, Zikerətu, Andia, Subi, Sanqibutu, Puluadi və digərləri vardı. Ancaq onların ən qüdrətlisi Zamua idi. Assurlular tez-tez Gilzan dövlətinin sərhədlərini pozsa da, bu dövlət öz ömrünü bir müddət davam etdirmişdir. Urartular e.ə. təqribən IX yüzilliyin axırında Gilzanı tutmuşdur. Zamua öz torpaqlarının sərhəddini Urmiyə gölündən Kiçik Zab çayına kimi böyütmüşdür. Tarixi qeydlərə əsasən, e.ə. VIII əsrlərdə Qara dənizin şimal hissəsində yaşayan kimmerlər əsrin sonlarında saklar tərəfindən sıxışdırılaraq öz torpaqlarından çıxmalı olublar. Onların bir hissəsi Anadoluya, bir hissəsi də Transqafqaza (Güney Qafqaza) və Ön Asiyaya yayılmışlar. Kimmerlərin adından yaranan toponimlər vaxtın tarixi hadisələrini də, onların yayılma yerlərini də əks etdirir. Qımırlı, Kəmərli, Komar, Kəmərdaran, Kəmər, Qəmərli, Kəmərqaya və s. yer adları kimmerlerin yadigarlarıdır.
Kimmerlərdən sonra sakların hakimiyyəti başlamışdır. Onlar e.ə. VII yüzillikdə Transqafqaz və Ön Asiyada hakimiyyət qurmuşlar. Herodot öz əsərində onları “skiflər” adlandırmışdır. Sakların adı ilk olaraq Assur mənbələrində qeyd edilib. Assur imperatoru Asarhaddon (e.ə. 680-668) dövrünə məxsus bir sənəddə onların da adı vardır. Bəzi tarixçilər sakları qərəzli olaraq fars mənşəli göstərirlər; lakin sakların mədəniyyəti, dövlət quruluşları, ordu quruluşunun tamamilə atlı olması və Bozqır Hərbi Taktikasını ən gözəl şəkildə həyata keçirmələri, Susda tapılan mixi yazılı sənədlərdəki türk dillərində hələ də yaşayan sözlər işlətmələri onların türk mənşəli olduqlarını sübut edir. Dariusun saklara hücumu vaxtı başına gələnlər əldəki ən yaxşı dəlildir. Assur qaynaqları onları işquz adlandırmışdır. Saklar II əsrə qədər hakimiyyətlərini davam etdirmişlər. Şərqdə Çin səddinə, qərbdə Dunay çayına kimi böyük bir ərazini əllərində saxlayaraq böyük bir imperiya yaratmışlar. Qədim Romalı tarixşünas Strabon yazırdı: “Şərqdə yaşayan xalqlara massagetlər və saklar deyilirdi. Digərləri isə işquzlar adıyla yad edilirdi. Bununla yanaşı hər nəslin özünə məxsus adı vardır.” Massagetlərin e.ə. IX-VII yüzillərdə Gilgiləçay ilə Dərbənd arasında yaşadığı güman edilir. Onlar iskitlərin (saklar) ardınca Dərbənd keçidini ötərək Alban torpaqlarına daxil olmuşlar. Qaraqalpan “Türk Etnonimləri” adlı əsərində iddia edir ki, Daranın qəbri üstündəki kitabədə üç sak tayfasının adı vardır. Onlardan birincisi Sırdəryanın o biri sahilində, ikincisi indiki Türkmənistan torpaqlarında, üçüncüsü isə dənizin üzbəüz sahilində məskunlaşmışlar. Üçüncü kütlənin yaşadığı ərazi şübhəsiz ki, Xəzərin cənub-qərb hissəsidir. Əvvəllər tarix kitablarında İşquzların ümumiyyətlə irandilli və Ari olduğu iddia edilirdi. Lakin I yüzillikdə yaşamış tarixşünaslardan Pomponi, Mela ve Pliniyon işquzları türkdilli qəbul etmişdir. V əsrdə yaşamış Zozima isə bəzi işquzlara hunlar deyildiyini də yazmışdır. Massagetlərin türkdilli olduğunu təsdiq edən özgə mənbələr olmasına baxmayaraq onların monqol tayfası olduğunu irəli sürənlər də vardır. Ancaq bununla yanaşı, işquzların tam olaraq türkdilli olduğunu fikirləşmək səhv olardı. VI yüzillikdə yaşamış Bizanslı tarixşünas Menanoli yazırdı: “Keçmişdə türklərə Sak deyirdilər.” A. N. Bernştam isə belə göstərirdi: "Türk etnogenezinin əsas mənbəyi xüsusilə hunlar olmuşdur. Həm Asiya, həm də Avropa hunları işquzları meydana gətirmişdir". O dövrdə müasir Azərbaycan ərazisinin cənubunda yaranmış bu siyasi təşkilatlara şimalda rast gəlinmir.
|