Baş səhifə
» TARİX
» Azərbaycan dövlətləri
» Midiya
MidiyaMadalılar qonşuları Urartu və Asur krallıqlarını məğlub edərək sərhədlərini Ön Asiyanın qərb hissəsində yerləşən Qızılirmaq çayından başlamış müasir İranın şərq sərhədlərinə kimi çatdıra bilmişlər. Yalnız Araz çayının şimal hissəsi Midiya dövlətinin hakimiyyəti altına düşməmişdir. Tarixçi alimlər burada Alban dövlətinin yaranmasına, yəni e. ə. VI əsrə kimi Sak tayfalarının yaşadığı fıkrinə üstünlük verirlər. Tarixi mənbələr yazır ki, Midiya dövlətinin yarandığı dövrlərdə indiki Azərbaycan türklərinin yaşadığı torpaqlarda e. ə. VII yüzilliyin 70-ci illərində İşquz (Skif) Krallığı hökm sürürdü. Midiyalılar Asurilərlə apardıqları hərbdə zəfər çalmış (e. ə. VII yüzilliyin axırı) və böyük güc qazanmışdılar. Onlar VII əsrin ilk illərində Urartu və Skif krallığının torpaqlarını əllərinə keçirə bilmişlər. Midiyalılar e. ə. 614-cü ildə Aşşur şəhərinə hücum çəkib onu dağıtdılar və Babillilər ilə ittifaq yaratdılar. 612-ci ildə də Asuriyanın paytaxtı Ninevanı məhv edib əhalisini qılıncdan keçirdilər. E. ə. 605-ci ildə isə Asuriya ömrünü başa vurdu və torpaqları Midiya ilə Babil dövləti arasında paylaşıldı. Midiya fateh xarakterli bir hökmdarın uğurları ilə özünü göstərsə də, hökmdar Astiaqın dövründə xeyli zəiflədi. Çünki Astiaq atası Kiaksar kimi qüdrətli deyildi. VII əsrin sonlarına doğru II Kuruş fars tayfalarını bir bayraq altmda cəmləşdirdi və midiyalılar üzərinə yürüş etdi və ölkəni tamamilə ələ keçirtdi. Dövlətin paytaxtı Ekbatan şəhəri olmuşdur. Hökmdarların hakimiyyət illəri: e.ə. təxm. 728 -675 Deyok e.ə. təxm. 675 - 653 Fraorta e.ə. təxm. 653 - 625 Madiy e.ə. təxm. 625 - 585 Kiaksar e.ə. təxm. 585- 550 Astiaq
|