Baş səhifə    » TARİX    » Azərbaycan dövlətləri    » Atropatena   

Atropatena

  

Atropatena dövləti e.ə. 323-ci ildə yaranıb. Atropatena torpaqları Əhəmənilər (Haxameneşi) dövləti sərhədləri daxilində olmuşdu. Dövlət tərkibində 20 satraplıq vardı və Atropatena onlardan 10-cusunu təşkil edirdi. Makedoniyalı İsgəndər e.ə. 331-ci ildə İran şahı III Daranı məğlub edib, Əhəməni dövlətini varlığına son qoydu. Atropatena makedoniyalılara tabe yarı müstəqil dövlət statusu əldə etdi.
Bəzi tarixçilər Azərbaycanın adının həmin Atropatenanın hökmdarı Atropatın adından törədiyini iddia edirlər. Cami ət-Təvarixin müəllifi Rəşidəddin ilə Təbrizli Məhəmməd Hüseyn bin Xələf isə Azərbaycan sözünün türkcə olduğunu bildirirlər. Onların fikrincə, Azər "hündür yer", bayqan isə "böyüklər" mənasındadır.
Atropatena Midiya dövlətinin varisi kimi qəbul edilə bilər. Strabon yazmışdır: "Midiya//Midya iki bölgədən ibarətdir: birincisinə Böyük Midiya, ikincisinə isə Atropat Midiyası deyilir". 
Güney Azərbaycan torpaqlarında Manna dövlətindən 270 il sonra yaranan müstəqil Atropatena dövlətində iqtisadiyyat yüksək səviyyədə inkişaf etmişdir. Atropatenalılar əkinçilik, bağçılıq və heyvandarlıqda böyük nailiyyətlər əldə etmişlər. Ölkənin faydalı qazıntıları - qızıl, mis, dəmir, qurğuşun, gümüş isə zənginliyin əsas amili idi.
Bu dövlətin torpaqlarında kassit, mərd, tiboren, muğ və uti adlı tayfaların yaşadığı tarixi qeydlərdə göstərilir. 
Atropatena e.ə. II-I yüzilliklərdə Əhəməni dövlətini ləğv edən Parfiya dövlətinin hakimiyyəti altına düşmüşdür. E.ə. 226-cı ildə isə Sasanilər parfiyalıların hakimiyyətini ləğv etdilər. Sasanilər dövründə Atropatenanın öz müstəqilliyini qoruduğu güman edilir.
Atropatena (bəzi mənbələrdə Adurbadaqan) Sasani imperiyasının mərzbanlıqlarından (ucqar bəyliyindən) biri idi. O, IV-V yüzilliklərdə siyasi müstəqilliyini əldən versə də, dini və mədəniyyət mərkəzi olaraq əhəmiyyətini daha da artırmışdır. Bunun da səbəbi Sasanilərin baş atəşgahı olan Adurquşnaspın (Azərgəşəsbin) Azərbaycanın cənubundakı Şiz şəhərində olması idi. 
Paytaxtı Qazaka şəhəri 

Hökmdarların hakimiyyət illəri:  

e.ə.331-? Atropat
e.ə. III əsrin 20-ci illəri-?Artabazan
e.ə. 36-20-ci illər Artabazd
e.ə. 20-ci illər- eramızın 2-ci ili Ariobarzan
eramızın 2-ci ili-20-ci illərə yaxın Ariovast



Oxunub: 90523