Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Daşkəsən şəhəri   

Daşkəsən şəhəri

  


Bakı ilə məsafəsi: 397 km 
Nəqliyyat vasitəsi:  Bakı – Daşkəsən avtobusları 
Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən rayonu filiz-mədən sənayesinin mərkəzidir. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını buraya cəlb edir. Balıq ovu həvəskarları Zağalı və Zivlən kəndlərindəki Xoşbulaq və Göygöl süni göllərində vaxtlarını çox maraqlı keçirə bilərlər. Memarlıq abidələrindən Qoşqar çayının üzərindən salınmış iki qədim daş körpünü və Əhmədli kəndindəki məqbərəni misal göstərmək olar.
Rayonda xalçaçılıq, metal üzərində döymə, ağac və daş üzərində oyma işi kimi sənət növləri davam etdirilir. 
Şəhərdə mehmanxana, iki qonaq evi və kirayə verilən şəxsi evlər vardır. 




Oxunub: 71364



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on