Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Cəlilabad şəhəri   

Cəlilabad şəhəri

  


Bakı ilə məsafəsi:  210 km 
Nəqliyyat vasitəsi: Bakı-Cəlilabad avtobusları, Bakı-Astara qatarları 
Cəlilabad şəhəri 1967-ci ildən görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyır. 
Rayonun ərazisində Bolqarçay, Mişarçay, İncəçay və Göytəpəçay çayları axır. Rayon ərazisinin 14,7 min hektarı meşələrdən ibarətdir. Meşələrdə müxtəlif heyvanlara və ov quşlarına, o cümlədən, dovşan, porsuq, tülkü, canavar, qaban, çöl ördəyi, qaz, qızılquş, turac və başqa növlərə rast gəlmək olar. Cəlilabad rayonu ölkənin ən iri üzümçülük mərkəzlərindən biridir. 
Cəlilabad şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qranitdən hazırlanmış kirkirə (əl dəyirmanı), gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılıb. 
Şəhərdə mehmanxana və motel fəaliyyət göstərir.




Oxunub: 450367



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on