Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Xızı rayonu   

Xızı rayonu

  

Bakı ilə məsafəsi: 104 km
Nəqliyyat vasitəsi: Bakı-Quba avtobusları
Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri –Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qaya var. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr var. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir. 
Azərbaycanın ən səfalı guşələrindən biri olan Altıağac da Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınıb. Rayonda tarixi abidələr çoxdur. VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi var. 
Rayon mərkəzindən 8 km aralıda istirahət zonaları yerləşir.




Oxunub: 432870