Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Ordubad şəhəri   

Ordubad şəhəri

  


Nəqliyyat vasitəsi: Təyyarə və avtobusla Naxçıvan – Ordubad marşrutu
Ordubadın gözəl təbiəti, zəngin florası və faunası var. Bu rayon özünün saf havası, nadir dərman bitkiləri və ətirli meyvələri ilə ad çıxarıb. Ordubadın şaftalısı, armudu, üzümü və qaysısı çox şirəli və şirin olduqlarına görə məşhurdur.
Ordubad rayonu ərazisində çoxlu tarixi abidə qorunub saxlanılır. Aza, Der, Nəsirvaz kəndlərindəki tunc dövrünə aid daş qoç heykəlləri, Sabir kəndində eramızdan əvvəl II-I əsrlərdə mövcud olmuş insan məskənlərinin qalıqları; Aza kəndi yaxınlığında qədim Gilan şəhərinin xarabaları; Əylis, Vənənd, Üstüpü, Nüs-Nüs, Düylün kəndlərində XVIII əsrdən qalmış məscid binaları; Nəsirvaz çayı üzərində XVII əsrdə tikilmiş beş tağlı körpü; Xanağa kəndində XVII əsrə aid pir və s. Ordubad şəhərindən 60 km cənubda yerləşən Gəmiqaya dağında çoxlu qayaüstü petroqiflər var. Onlar bizim eradan əvvəl III-II minilliyə aid sənət nümunələridir. 
Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının ikinci mühüm şəhəridir. 
Şəhərdə mehmanxanada qalmaq və ya şəxsi mənzillər kirayələmək mümkündür.




Oxunub: 774292



Azərbaycan Televiziyaları
İnternet Radio