Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Qazax şəhəri   

Qazax şəhəri

  


Bakı ilə məsafəsi: 470 km 
Ərazisi: 699 km2
Əhalisi: 82500 nəfər 
Nəqliyyat vasitəsi:  Bakı – Qazax avtobusu; Bakı – Qazax qatarı 
Qazax rayonu Azərbaycanın qərbində yerləşir. Kür, Ağstafaçay, Çoğaz və Xramçay çayları bu rayonun ərazisindən axır. Yanvardan havanın orta temperaturu 0-dan +5 C-yə qədər, iyulda isə +20 C-dən +30 C-yə qədər dəyişir. Dağın ətəyindən başlanan düzənlik alp çəmənlikləri ilə örtülüb. Bura Altuntaxt yaylağıdır. Yaylağın arxa tərəfində mavi rəngli İncə dərəsi yerləşir. Dərənin o tayında Qaraqoyunlu dağı ucalır. Çaylar boyunca tuğay meşələri uzanır.
Qazax rayonunda qədim memarlıq abidələri çoxdur: Yuxarı Əskipara kəndindəki məbəd (V-VIII əsrlər), Şəkərqala məbədi (XV əsr), Qıraq Kəsəmənli kəndindəki dairəvi qüllə (XVIII əsr), Qazax şəhərindəki məscid, Poylu kəndində  XIX əsr məqbərələr qrupu, Qatır körpüsü, Qızılhacılı körpüsü, Kazım körpüsü (hamısı XV əsrə aiddir), Xramçay üzərindən salınmış Qırmızı körpü və ya Sınıq körpü (XII əsr). 
Rayon ərazisində diqqəti cəlb edən maraqlı yerlər arasında Daş Salahlı kəndinin yaxınlığında Avey dağında yerləşən mağaraları xüsusilə qeyd etmək olar. Arxeoloqlar burada qədim insan məskənləri, əmək alətləri və silahlar aşkar etmişlər.
Rayonun inzibati mərkəzi – Qazax şəhəri Respublikanın qərbində yerləşən iri şəhərlərdəndir. Qazax Azərbaycanın bir sıra istedadlı şair, alim, aşıqlarının vətənidir. Şairlərdən Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və başqaları bu diyarda doğulub. 
Qazax həm də xalçaçılıq mərkəzlərindən biridir. Rayonun bir çox sakinləri hələ də bu ənənəvi xalq sənətini davam etdirir. 
Qazax aşıqları bütün Azərbaycanda məşhurdur.
Şəhərdə istirahət mərkəzi və mehmanxana var.




Oxunub: 214145



Azərbaycan Televiziyaları
İnternet Radio