Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Balakən rayonu
Balakən rayonuBakı ilə məsafəsi: 394 km Respublikanın ən şimal-qərb hissəsində yerləşən Balakən rayonu qərbdə Gürcüstanla həmsərhəddir. Rayonda çoxlu dağ çayları, Katex dağının yaxınlığında göl var. Rayonun şimalındakı dağlıq hissə soyuq iqlimə, düzənlik hissə mülayim iqlimə malikdir. Rayonda tarixi və memarlıq abidələri çoxdur: rayon mərkəzindən 18-19 km qərbdə IX-X əsrlərə aid alban kilsəsi, Qullar kəndində XII-XIII əsrlərə aid Pəri qalası, Qubek qayasında dəmir dövrünün abidəsi olan Noxo mağarası, Katex kəndində XVII əsrə aid düzbucaqlı qala və iki qədim məbəd və s. Rayonda turistlər üçün mehmanxana və qonaq evi var.
|