Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Gədəbəy rayonu
Gədəbəy rayonuBakı ilə məsafəsi: 444 km Nəqliyyat vasitəsi: Şəmkir – Gədəbəy, Gəncə – Gədəbəy, Bakı – Gədəbəy avtobusları – 10 saat Rayonda ərazisində məşhur «Qızılça» yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonda xalq sənətlərində əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanlııb. Romantik səyahətləri xoşlayanlar üçün piyada marşrutlar var: Gədəbəy – Qızılqala meşəsi-Namərdqala (13 km), Gədəbəy – Söyüdlü kəndi (5 km), Gədəbəy- Maarif kəndi –Slavyanka kəndi (10 km). Rayonda mehmanxana fəaliyyət göstərir.
|