Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Ordubad şəhəri
Ordubad şəhəriNəqliyyat vasitəsi: Təyyarə və avtobusla Naxçıvan – Ordubad marşrutu Ordubad rayonu ərazisində çoxlu tarixi abidə qorunub saxlanılır. Aza, Der, Nəsirvaz kəndlərindəki tunc dövrünə aid daş qoç heykəlləri, Sabir kəndində eramızdan əvvəl II-I əsrlərdə mövcud olmuş insan məskənlərinin qalıqları; Aza kəndi yaxınlığında qədim Gilan şəhərinin xarabaları; Əylis, Vənənd, Üstüpü, Nüs-Nüs, Düylün kəndlərində XVIII əsrdən qalmış məscid binaları; Nəsirvaz çayı üzərində XVII əsrdə tikilmiş beş tağlı körpü; Xanağa kəndində XVII əsrə aid pir və s. Ordubad şəhərindən 60 km cənubda yerləşən Gəmiqaya dağında çoxlu qayaüstü petroqiflər var. Onlar bizim eradan əvvəl III-II minilliyə aid sənət nümunələridir. Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının ikinci mühüm şəhəridir. Şəhərdə mehmanxanada qalmaq və ya şəxsi mənzillər kirayələmək mümkündür.
|