Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Salyan şəhəri   

Salyan şəhəri

  

Bakı ilə məsafəsi:  126 km 
Nəqliyyat vasitəsi: Bakı – Salyan avtobusları; Bakı – Astara  qatarı – 6 saat 
Salyan şəhəri Azərbaycanın şimal və qərb şəhərlərini cənub şəhərləri ilə və Yuxarı Şərq regionu ölkələri ilə birləşdirən qədim karvan yolunun kənarında salınmış şəhərdir. Bu şəhərin adı «sal» qəbiləsinin adından götürülüb. Deyilənə görə, bu şəhər həmin qəbilənin nümayəndələri tərəfindən salınıb. 
Rayonun ərazisində Qumlavar körpüsü (XII əsr), Qubalı Baloğlan kəndindəki Xanagah tikililər kompleksi (XIX əsr) memarlıq nümunələri hesab edilir. Salyan şəhərindəki «Təndirxana» karvansarası isə şərq üslubunda tikilmişdir. 
Şəhərin mərkəzində turistlərin gecələməsi üçün mehmanxana var.




Oxunub: 198697