Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Xaçmaz şəhəri   

Xaçmaz şəhəri

  

Bakı ilə məsafəsi: 157 km 
Nəqliyyat vasitəsi:  Bakı – Xaçmaz avtobusları, Bakı – Yalama, Bakı – Rostov, Bakı – Moskva, Bakı – Kiyev, Bakı – Xarkov qatarları. 
Xaçmaz rayonunda çoxlu termal və mineral su bulaqları vardır. Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası «Allahın neməti» deməkdir) Xaçmaz rayonunda yerləşir. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayan məşhur Şollar su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır.
Rayonda 60-dan çox tarix və mədəniyyət abidəsi qorunub saxlanılıb. 
Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf edib. 
Ölkədə çox məşhur olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir. Burada qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu şəfalı yerlərdə çoxsaylı turist bazaları, pansionatlar, istirahət evləri tikilib.
Rayonda xeyli sayda istirahət evləri, mehmanxana var.





Oxunub: 414779