Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Masallı şəhəri
Masallı şəhəriBakı ilə məsafəsi: 232 km Masallı ərazisi Manna və Atropatena dövlətlərinə məxsus olub. Rayon bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Buranın iqlimi subtropikdir. Masallıda müalicəvi əhəmiyyətli kükürdlü su bulaqları çoxdur. İstisu mineral bulağı dağların mənzərəli bir guşəsindədir. Rayonda XIX əsrdə tikilmiş hamam və məscid, Ərkivan qülləsi , Boradigah və Digah kəndlərindəki məscidlər (XV əsr), Seyid Sadıx türbəsi var. Masallı – Lənkəran yolu boyunca Qızılağac qoruğu yerləşir. Rayonda istirahət mərkəzləri və mehmanxana fəaliyyət göstərir.
|