Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Oğuz şəhəri
Oğuz şəhəriBakı ilə məsafəsi: 268 km Oğuz rayonun təbiəti çox gözəldir: dağ çayları və vadilər, qaynar çeşmələr və şəlalələr, müalicəvi əhəmiyyətli kükürdlü bulaqlar, sərt qayalar var. Bu yerlərdə hələ neolit dövründən başlayaraq insan məskənləri olub. Rayonda çoxsaylı tarixi abidələr var: Oğuz şəhərindəki alban məbədini, Muxas kəndindəki IX əsrə aid üç mərtəbəli qüllə və s. Xaçmaz kəndində VII əsrə aid müdafiə təyinatlı Govur qalası ən mühüm tarixi abidələrdən sayılır. Azərbaycanda hazırda fəaliyyət göstərən ən qədim məktəblərdən bir neçəsi 1883-1887-ci illərdə Padar, Xaçmaz kəndlərində və Oğuz şəhərində tikilib. Rayonda xalçaçılıq, metal və ağac üzərində oyma, zərgərlik kimi xalq sənəti ənənələri davam etdirilir. Filfilli kəndindəki yerli sənətkar qadınlar sifarişlə xalça, cemper, şarf və başqa məmulatlar toxuyurlar.
|