Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Sədərək rayonu   

Sədərək rayonu

  

Nəqliyyat vasitəsi: Təyyarə və avtobusla Naxçıvan – Sədərək marşrutu
1980-ci ildə Sədərəkdə müalicəvi əhəmiyyətə malik olan, tərkibinə görə «İstisu» və «Jeleznovodsk» sularına yaxın hesab edilən mineral su mənbələri aşkar edilib. 
Sədərək ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində rayonun cənubunda bizim eradan əvvəl IV – III minilliklərlə aid olan qədim insan məskənləri aşkar edilib. Rayonun şimalında, Araz çayının sol sahilində isə orta əsrlərdə mövcud olmuş böyük bu insan məskəninin qalıqları tapılıb. Rayon ərazisində bir sıra tarixi abidələr, o cümlədən, Sədərək qalasının qalıqları, orta əsrlərə aid 3 məscid, müdafiə qurğularının xarabaları, karvansara, Ağoğlan piri, XIX – XX əsrlərə aid hamam binası hələ də qalır.





Oxunub: 187106