Baş səhifə
» TURİZM
» Turizm bölgələri
» Siyəzən rayonu
Siyəzən rayonuBakı ilə məsafəsi - 103 km Rayon ərazisində orqanizm üçün faydalı kükürdlü su bulaqları da vardır. Siyzən zəngin tarixə malikdir. Vaxtilə Azərbaycanda Böyük Çin Səddinə oxşar əzəmətli bir sədd olub. Dənizin qırağından başlanan bu sədd bütün sahilyanı düzənlikdən keçərək dağlara, Çıraqqala istehkamına qədər uzanırdı. Vaxtilə nəhəng bir tikili olmuş səddən indi yalnız ayrı-ayrı qüllələr, o cümlədən, Çıraqqala (V əsr) salamat qalıb. Zarat kəndinin yaxınlığında “Xızırzində baba” deyilən “Beşbarmaq” istehkamının xarabaları vardır. Bundan əlavə, Şıxlar kəndi yaxınlığında XV əsrdə ucaldılmış Şeyx Heydər məqbərəsi və XVIII əsrdə tikilmiş Pir Xəlil türbəsi yerləşir. Rayonda xalçaçılıq, ağac, üzərində oyma, naxışla bəzəmə, musiqi alətlərinin, metal məmulatların hazırlanması kimi xalq sənətləri yaxşı inkişaf etmişdir.
|