Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Şabran şəhəri   

Şabran şəhəri

  

Bakı ilə məsafəsi:  122 km 
Nəqliyyat vasitəsi: Bakı – Yalama avtobusları; Bakı – Yalama qatarı - 4 saat. 
Şabran şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Burada el arasında «Keçi qayası» adlanan və gözəl mənzərəsi olan yer turistlər arasında çox məşhurdur. Burada sıx meşə və sıldırım qayalar arasından axan çay və müalicəvi əhəmiyyətə malik olan kükürdlü su bulaqları var. 
Rayonda tarixi-arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki «Gülüstani – İrəm» və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilib. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında «Çıraqqala» uroloji sanatoriyası tikilib. Rayonda ənənəvi xalq sənəti olan xalçaçılığın ənənələrini qoruyub saxlayırlar. «Pirəbədil», «Qollu Çiçi», «Heyratı» tipli yerli xalçalar geniş şöhrət qazanıb. 
Rayonda turistlərin yerləşməsi üçün otel mövcuddur.




Oxunub: 504301