Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Göygöl şəhəri   

Göygöl şəhəri

  

Bakı ilə məsafəsi:  364 km 
Nəqliyyat vasitəsi:  Bakı-Göygöl, Bakı-Gəncə avtobusları  
Göygölün Mixaylovka, Yeni Zod və Toğana kəndləri bir növ turist mərkəzlərinə çevrilmişdir. 
Rayon mərkəzi Göygöl şəhəri XIX əsrdə burada məskunlaşdırılmış alman köçkünlər tərəfindən qədim Xanlıqlar kəndinin yerində salınıb və Yelenendorf adlandırılmışdır. 
Göygölün mərkəzindən 40 km məsafədə Göy-göl qoruğu yerləşir. Rayondakı tarixi abidələrə misal olaraq Sarıqaya kəndində XII əsrə aid qüllənin Zurnabad kəndində XII əsrə aid qalanın, Xanlar şəhərində XIX əsrdə tikilmiş lüteran kilsəsinin, Şəhriyar kəndində XVII tikilmiş «Qabriel kilsəsinin», Topalhəsənli kəndində XII əsrdə tikilmiş «Ağ körpü»nün, Gəncəçay üzərindən salınmış «İkigözlü körpü»nün (XVI əsr) və «Üçgözlü körpü»nün (XIX əsr) adlarını çəkmək olar. Rayonun Şəhriyar kəndində əl ilə toxunmuş xalça məmulatı almaq mümkündür.
Şəhərdə «Koroğlu» mehmanxanası və motellər var. 




Oxunub: 483040