Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Culfa rayonu   

Culfa rayonu

  

Nəqliyyat vasitəsi: Təyyarə və avtobusla Naxçıvan- Culfa
Culfa rayonu Naxçıvan şəhərindən şərqdə yerləşir. Culfadan bir qədər qərbdə, Araz çayının sahilində XIII əsrdə tikilmiş karvansaranın xarabaları qalıb. Uzunluğu 37 metr təşkil edən karvansara Azərbaycan ərazisində qeydə alınmış karvansaraların ən irisidir. Karvansaradan bir qədər aralıda XIV əsrə aid körpünün qalıqları diqqəti cəlb edir. Bu körpü XIV əsrin əvvəllərində Naxçıvan hökmdarı Hakim Ziyaəddin tərəfindən tikilib. Çuqa kəndi yaxınlığında, kiçik yaşlı vadidə yerləşən Gülüstan məqbərəsi XIII əsrə aiddir. Dər kəndi yaxınlığındakı düzənlikdə üç kiçik məqbərənin xarabaları qalıb. Bu məqbərələrin birində mərkəzi mövqe tutmuş qülləli məqbərə (XV əsr) ciddi zədələnmiş halda olsa da, zəmanəmizə qədər qalıb. Başqa abidələrdən Xanağa kəndində Əlinsaqalanı (XII-XIII əsrlər), əlincəçay xanəgahını (XII-XIII əsrlər), Qazançı kəndində körpünü (1551-ci il), hamamı (XVII əsr), məscidi (XIX əsr) göstərmək olar. 
Culfadan şimal-şərq tərəfdə Darıdağın cənub yamaclarında eyni adlı mineral su mənbəyi var. Burada hər gün tərkibində müxtəlif mineral duzlar olan 500.000 litr mineral su çıxarılır. Ümumiyyətlə Culfada 40-dan çox bulaq var.

Culfada fəaliyyət göstərir:
«Araz» mehmanxanası;
«Araz» restoranı
«Gülüstan» restoranı
 «Eldar» kafesi 




Oxunub: 573833