Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Gəncə şəhəri   

Gəncə şəhəri

  

Bakı ilə məsafəsi: 375 km 
Nəqliyyat vasitəsi: - Bakı – Gəncə (təyyarə ilə); Bakı-Tbilisi, Bakı-Ağstafa qatarları, Bakı-Gəncə avtobusları
Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. 
Dahi Nizaminin, şairə Məshəti – xanımın, Mirzə Şəfi Vazehin vətəni, qədim mədəniyyətə malik olan Gəncə şəhərində çoxsaylı memarlıq abidələri var. Onlardan biri Gəncənin Cümə məscididir. Şeyx İbrahim məqbərəsi də öz ilkin gözəlliyini qoruyub saxlayıb. 
Şəhərdə daha bir neçə qədim məscid var: Qızılhacılı məscidi, Ozan, Balabağbanlı, Şərəfxanlı, Şahsevən və başqa məscidlər. 
Gəncənin mərkəzindən 6 km şərqdə qədim Gəncənin xarabalıqları qalıb. Şəhərin tarix muzeyi və akademiya muzeyi Gəncənin tarixi inkişaf yolundan söhbət açır. 
Gəncədə turistlərin gecələməsi üçün mehmanxana var. 




Oxunub: 554709