Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Lerik şəhəri   

Lerik şəhəri

  

Bakı ilə məsafəsi: 323 km 
Nəqliyyat vasitəsi: Bakı-Lənkəran-Lerik avtobusu, Bakı – Lerik  qatarı 
Talış dağlarının zirvəsində yerləşir. Bülüdül (rayon mərkəzindən məsafəsi 20 km) və Zərinqala (17 km) təbii istirahət zonaları çox məşhurdur. Burada nadir bulaqlar var. 
Bu regionun bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdırır. Burada tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var: Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. 
Rayonun mərkəzində turistlər üçün Qonaq Evi  fəaliyyət göstərir. 




Oxunub: 514317